Guest

Cisco Onlayn Məxfilik Bildirişi

file

Etibar və Şəffaflıq Mərkəzi

Cisco müştərilərimiz, məhsullarımız və şirkətimiz üçün güclü müdafiə təmin etmə öhdəliyini öz üzərinə götürmüşdür. Biz etibarın yaradılmasına və qorunmasına, riskin azaldılmasına və sadəcə olaraq, düzgün olanı etməyə inanırıq.

Ətraflı öyrənin

Cisco Systems, Inc. və onun alt şirkətləri (birlikdə "Cisco") sizin məxfiliyinizi qorumaq və vebsaytlarımızda və məhsul və xidmətlərimizin ("Həll" və ya "Həllər") istifadəsində sizə müsbət təcrübə təmin etmək üçün çalışır.

Bu Məxfilik Bildirişi bu Bildirişlə əlaqələndirilən və ya burada istinad edilən Cisco vebsaytları və Həllərinə tətbiq olunur və məxfi məlumatları necə idarə etdiyimizi, məlumatların toplanması, istifadəsi, onlara daxil olma və onların necə yenilənməsi və düzəldilməsi ilə bağlı sizə verilən seçimləri təsvir edir. Şəxsi məlumatlarla bağlı təcrübəmiz haqqında ətraflı məlumat təklif təsvirlərində, əlavə məxfilik bildirişlərində və ya verilənlərin toplanmasından əvvəl və ya toplanması zamanı təmin olunmuş bildirişlərdə təmin edilə bilər. Müəyyən Cisco vebsaytları xüsusi olaraq həmin vebsaytlar üçün şəxsi məlumatları necə idarə etdiyimizi göstərən fərdi məxfilik bildirişinə malik ola bilər. Məlumatların toplanması zamanı və ya vebsayt və ya Həll ilə bağlı təmin edilən bildiriş bu Məxfilik Bildirişinə zidd olarsa, həmin bildiriş və ya əlavə məxfilik bildirişi tənzimləyici rol oynayacaqdır.

Şəxsi Məlumatlarınızın Toplanması

Vebsaytlarımızdan və Həllərimizdən istifadə etdiyiniz və bizimlə qarşılıqlı əlaqə qurduğunuz zaman sizin haqqınızda şəxsi məlumatlar da daxil olmaqla, verilənləri toplaya bilərik. "Şəxsi məlumatlar" hər hansı bir şəxsi müəyyən etmək üçün istifadə olunan məlumatlardır və bu məlumatlara ad, ünvan, e-poçt, telefon nömrəsi, hesaba giriş məlumatları (hesab nömrəsi, parol), marketinq seçimləri, sosial media hesabı məlumatları və ya ödəniş kartının nömrəsi daxildir. Əgər digər verilənləri şəxsi məlumatlarınız ilə əlaqələndirsək, həmin əlaqələnmiş verilənlər şəxsi məlumatlar kimi qiymətləndiriləcək. Biz həmçinin, etibarlı üçüncü tərəf mənbələrdən şəxsi məlumatları toplayır və üçüncü tərəfləri şəxsi məlumatların toplanmasında bizə kömək etmək üçün cəlb edirik.

Şəxsi məlumatlar müxtəlif məqsədlərlə toplanır, məsələn:

  • Ödəniş əməliyyatları daxil olmaqla, sizin sifarişinizi işləmək.
  • Sizə informasiya bülleteni abunəliyi təmin etmək.
  • Marketinq kommunikasiyaları göndərmək.
  • Hesab yaratmaq.
  • Həllərimizin müəyyən xüsusiyyətlərindən istifadəyə imkan vermək.
  • Təcrübələrinizi fərdiləşdirmək.
  • Müştəri xidmətləri təmin etmək.
  • İş müraciətini idarə etmək.
  • Kompüter ilə sertifikatlaşdırma testindən keçdiyiniz zaman yoxlama prosesində məlumatların toplanması.

Biz və əməkdaşlıq etdiyimiz üçüncü tərəflər müəyyən vaxt ərzində sizdən, vebsaytlarımız və Həllərimiz vasitəsilə əldə etdiyimiz məlumatları digər mənbələrdən əldə edilən məlumatlarla birləşdirə bilərik. Bu, bizə məlumatların dəqiqliyi və tamlığını artırmağa və həmçinin, sizinlə qarşılıqlı əlaqələrimizi daha yaxşı qurmağa kömək edir.

Əgər Cisco'ya üçüncü tərəfin şəxsi məlumatlarını (məsələn, ad, e-poçt və telefon nömrəsi) təmin etməyi seçsəniz, bunu etmək üçün üçüncü tərəfin icazəsinin olduğunu təsdiq edirsiniz. Buna misal olaraq, istinad və ya marketinq materialının dosta göndərilməsini və ya iş zəmanət məktublarının göndərilməsini göstərmək olar. Üçünçü tərəflər ilkin mesajdakı keçidi izləyərək və ya privacy@cisco.com ünvanına müraciət edərək bundan sonra məlumatların göndərilməsini ləğv edə bilər.

Bəzi hallarda Cisco və əməkdaşlıq etdiyimiz üçüncü tərəflər avtomatik olaraq kukilər, veb-jurnallar, veb mayaklar və digər oxşar proqramlar vasitəsilə verilənləri toplaya bilər. Bu məlumatlar istifadə rahatlığını, məhsuldarlığı və vesabytın səmərəliliyini anlamaq və artırmaq və sizin üçün uyğun kontent və ya təkliflər təmin etmək üçün istifadə edilir. Zəhmət olmasa, ətraflı məlumat üçün aşağıda "Kukilər və Digər Veb Texnologiyalar" bölməsini oxuyun.

yuxarı qayıt

Şəxsi Məlumatlarınızın İstifadəsi

Şəxsi məlumatlarınızı öz biznesimizi idarə etmək, vebsaytlarımızı və Həllərimizi təqdim etmək, təkmilləşdirmək və fərdiləşdirmək, biznesimizlə əlaqədar olaraq marketinq və digər məlumatları göndərmək məqsədilə və müvafiq qanunvericiliyin icazə verdiyi digər qanuni məqsədlər üçün istifadə edə bilərik. Şəxsi məlumatlardan istifadə yollarına daxildir:

  • Tələb etdiyiniz Həlli çatdırmaq.
  • Həllərimizi və sizin onlayn təcrübənizi təhlil etmək, dəstəkləmək və təkmilləşdirmək.
  • Vebsaytları, informasiya bülletenlərini və digər kommunikasiyaları fərdiləşdirmək.
  • Sertifikatlaşdırma imtahanlarınızın aprılması və işlənməsi.
  • Sizə marketinq və ya müştəri məmnuniyyəti məqsədləri ilə birbaşa Cisco'dan və ya partnyorlarımızdan da daxil olmaqla kommunikasiyalar göndərmək.

İstənilən vaxt kommunikasiya seçimlərinizi redaktə edə bilərsiniz. Aşağıda Seçimləriniz və Üstünlük Verdiyiniz Kommunikasiyaların Seçilməsi bölməsinə baxın.

yuxarı qayıt

Şəxsi Məlumatlarınıza Giriş və Onların Dəqiqliyi

Şəxsi məlumatlarınızı dəqiq və yenilənmiş saxlamaq üçün köməyinizə ehtiyacımız var. Biz şəxsi məlumatlarınıza daxil olmaq, onları düzəltmək, yayılmasının qarşısını almaq və onları silmək üçün bir neçə seçim veririk:

  • Siz öz Cisco.com şəxsi məlumatlarınıza və seçimlərinizə onlayn şəkildə Cisco Profil İdarəetmə Alətindən istifadə etməklə baxa və ya onları redaktə edə bilərsiz.
  • Bəzi Cisco müəssisələri ""verilənlər idarəedicisi"" kimi fəaliyyət göstərə və ya nəzərə alına bilər. Cisco müəssisəsi verilənlər idarəedicisi kimi fəaliyyət göstərdikdə, siz verilənlərin qorunmasına dair müvafiq qanuna uyğun olaraq xüsusi Həll sənədində təsvir olunduğu kimi birbaşa həmin Cisco müəssisəsi üzərindən daxil olma hüquqlarınızdan istifadə edə və düzəlişlər, yayılmanın qarşısını alma və ya qeyri-aktiv etmə kimi sorğuları edə bilərsiniz.
  • Şəxsi məlumatlarınıza daxil olmaq, onları düzəltmək, yayılmasının qarşısını almaq və silmək barədə əlavə kömək və ya yardıma ehtiyacınız olarsa, xahiş edirik, bizimlə birbaşa əlaqə saxlamağa çəkinməyin. Verilənlərinizə daxil olmaq, onları silmək, yeniləmək, yayılmasının qarşısını almaq və ya düzəliş etmək kimi əsaslı sorğuları yerinə yetirməyə böyük bir səylə çalışırıq. Biz sizin sörğunuza 30 gün ərzində cavab verəcəyik. Sorğunuzu yerinə yetirə bilmədiyimiz təqdirdə, sizi izahatla təmin edəcəyik.

yuxarı qayıt

Seçimləriniz və Üstünlük Verdiyiniz Kommunikasiyaların Seçilməsi

Sizə Həllərimizlə əlaqədar müxtəlif məlumatların qəbul olunması üçün seçim veririk. Kommunikasiya seçimlərinizi aşağıdakı metodlarla idarə edə bilərsiniz:

  • Bizdən gələn hər bir təşviqat e-poçtlarının abunəliyini ləğv etmək üçün həmin e-poçtda verilmiş təlimatlara əməl etməklə.
  • Bizə e-poçt vasitəsilə e-poçt və ya Cisco Systems, Inc., Privacy Legal Department, 170 West Tasman Dr., San Jose, CA 95134, USA ünvanına poçt göndərməklə. Zəhmət olmasa, adınızı, e-poçt ünvanınızı və bir daha qəbul etmək istəmədiyiniz material haqqında xüsusi, müvafiq məlumatları daxil etdiyinizə əmin olun.
  • Qısa mesaj xidmətləri üçün aldığınız SMS mesajına ("SMS Xidmətləri") "STOP", "BİTİR" və ya "ÇIX" cavabını yazmaqla.

Bu seçimlər şərt və müddəalarına uyğun olaraq Həllin istifadəsini dayandıra və ya ondan imtina edənə kimi mütəmadi olaraq qəbul edə biləcəyiniz müəyyən Həllərin bir hissəsi hesab olunan xidmət bildirişlərinə və ya digər icbari kommunikasiyalara tətbiq olunmur.

İcazəniz olduğu halda, həmçinin sizin şəxsi məlumatlarınızı Cisco biznes partnyorları və ya təchizatçıları ilə paylaşa bilərik ki, onlar sizə maraq dairənizdə olan məhsullar və xidmətlər haqqında məlumat göndərə bilsinlər. Üçüncü tərəflər ilə onların marketinq məqsədləri üçün bu paylaşma seçimini ləğv etmək üçün buraya klikləyin.

Vebsaytlarımızı, Həllərimizi istifadə etməklə və ya başqa yolla şəxsi məlumatlarınızı bizə təqdim etməklə, istifadənizlə əlaqədar təhlükəsizlik, məxfilik və inzibati məsələlərlə əlaqədar sizinlə elektron şəkildə əlaqə saxlaya biləcəyimizi qəbul edirsiniz. Məsələn, təhlükəsizlik sisteminə müdaxilə olunduğunu öyrənsək, vebsaytlarımızda bildiriş verməklə, sizə e-poçt göndərməklə və ya sizinlə başqa yolla əlaqə saxlamaqla sizi elektron şəkildə xəbərdar etməyə çalışa bilərik.

yuxarı qayıt

Şəxsi Məlumatlarınızın Paylaşılması

Şəxsi məlumatlarınızı öz biznesimizi idarə etmək, Həllərimizi təqdim etmək, təkmilləşdirmək və fərdiləşdirmək, biznesimizlə əlaqədar olaraq marketinq və digər kommunikasiyaları göndərmək məqsədilə və müvafiq qanunvericiliyin icazə verdiyi çərçivədə digər qanuni məqsədlər üçün və ya sizin icazənizlə üçüncü tərəfləri ilə paylaşa bilərik.

Şəxsi məlumatları aşağıdakı yollarla paylaşa bilərik:

  • Verilənlərin işlənməsi və ya saxlanılması məqsədləri ilə Cisco daxilində və ya dünyadakı hər hansı alt şirkətlərimiz ilə.
  • Öz məhsulları və ya xidmətləri haqqında məlumatları sizinlə paylaşa bilmələri üçün Cisco biznes partnyorları və ya təchizatçıları ilə. Üçüncü tərəflər ilə onların marketinq məqsədləri üçün Cisco paylaşma seçimini ləğv etmək üçün buraya klikləyin.
  • Tələb edilən Həlli, xidməti və ya əməliyyatı təmin etmək üçün biznes partnyorları, xidmət təchizatçıları, səlahiyyətli üçüncü tərəf agentlər və ya podratçılar ilə. Nümunələrə bunlar daxildir, lakin bunlarla məhdudlaşmır: sifarişlərin və kredit kartı əməliyyatlarının işlənməsi, vebsaytlar üçün hostinqin təmin edilməsi, seminar qeydiyyatı üçün hostinqin təmin edilməsi, satışla əlaqəli işlərdə kömək və ya satış sonrası dəstək göstərilməsi və müştəri dəstəyinin təmin edilməsi.
  • Biznesimizin tamamilə və ya bir hissəsinin digər şirkət tərəfindən və ya ona birləşdirilməsi, konsolidasiyası və ya yenidən qurulması, maliyyələşdirilməsi və ya əldə edilməsi, şirkət aktivlərinin satılması ilə əlaqədar və ya bununla bağlı danışıqlar zamanı.
  • Açıqlanmanın qüvvədə olan qanunlar, normativlər və ya hüquqi prosesə uyğun olduğuna və bu qanunlar və ya normativlər əsasında tələb edildiyinə inandığımız halda, səlahiyyətli orqan tərəfindən məlumat sorğusuna cavab olaraq.
  • Hüquqi prosesə riayət etmək və ya milli təhlükəsizlik tələblərinə cavab vermək; Cisco-nun, onun biznes partnyorlarının, sizin və digərlərinin hüquqlarını, mülkiyyətini və ya təhlükəsizliyini qorumaq üçün və ya müvafiq qanunvericiliklə tələb edilən digər hallarda hüquq-mühafizə orqanlarının rəsmiləri, hökümət orqanları və ya digər üçüncü tərəflər ilə.
  • Sizi müəyyən etmək üçün istifadə edilə bilməyəcək toplu və/və ya anonim formada.
  • Sizi xəbərdar etsək və siz paylaşmağa razı olsanız.

yuxarı qayıt

Şəxsi Məlumatlarınızın Təhlükəsizliyi

Bizə etibar edilmiş şəxsi məlumatları qorumaq və bu Məxfilik Bildirişinə müvafiq olaraq təhlükəsiz şəkildə idarə etmək niyyətindəyik. Cisco şəxsi məlumatlarınızı icazəsiz girişdən, istifadədən və ya ifşa olunmadan qorumaq üçün hazırlanmış fiziki, inzibati və texniki qoruyucu vasitələr tətbiq edir. Biz həmçinin, təchizatçılarımızın belə məlumatları icazəsiz girişdən, istifadədən və ifşa olunmadan qorumasını müqaviləyə əsasən tələb edirik. Lakin, İnternetin 100% təhlükəsizliyinə zəmanət yoxdur və bizə təqdim etdiyiniz şəxsi məlumatların təhlükəsizliyini tam təmin edəcəyimizə dair zəmanət verə bilmərik.

yuxarı qayıt

Şəxsi Məlumatların Saxlanılması

Biz şəxsi məlumatlarınızı toplandığı məqsədləri yerinə yetirmək üçün lazımi qaydada saxlayacağıq. Biz şəxsi məlumatlarınızı biznes tələbatlarımızı, hüquqi öhdəliklərimizi yerinə yetirmək, mübahisələri həll etmək, aktivlərimizi qorumaq və razılaşmalarımızı həyata keçirmək üçün lazımi şəkildə saxlayacaq və zəruri olduqda istifadə edəcəyik.

Kukilərin və digər Veb Texnologiyaların istifadəsi

Bir çox vebsayt kimi Cisco kukilər, daxilə yerləşdirilmiş veb keçidlər və veb mayaklar kimi avtomatik məlumat toplama alətlərindən istifadə edir. Bu alətlər baxış proqramının növü və vebsaytımıza keçdiyiniz vebsaytın ünvanı kimi baxış proqramınızın vebsaytımıza göndərdiyi standart məlumatları toplayır. Onlar həmçinn, aşağıdakılar haqqında məlumatları toplaya bilər:

  • İnternet Protokolu (IP) ünvanınız. Bu, internetə qoşulduğunuz zaman kompüteriniz və ya cihazınıza avtomatik olaraq təyin edilən nömrədir. O, veb serverlərə cihazınızı və onun yerini müəyyən etməyə imkan verir, TCP/IP şəbəkəsində İnternet xidməti provayderiniz və ya məlumat sistemləri şöbəniz tərəfindən kompüterinizə təyin edilən unikal ünvandır.
  • Baxış tarixçəsi davranışı. Məsələn, baxdığınız səhifələr və kliklədiyiniz keçidlər.

Bu alətlər sizə fərdiləşdirilmiş təcrübə təqdim etməklə və geri qayıtdığınız zaman sizi tanımaqla vebsaytlarımıza girişinizi asanlaşdırır, daha səmərəli və daha dəyərli edir. Kukilər və interfeys elementləri kimi avtomatik verilənləri toplama alətlərini necə istifadə etdiyimiz və bu alətlərlə əlaqədar seçimləriniz haqqında ətraflı məlumat üçün zəhmət olmasa, Kuki Bildirişimizə baxın.

Veb saytımızda interaktiv mini-proqramlar olan interfeys elementləri icra olunur ki, onlar başqa şirkətdən xüsusi xidmətləri (xəbərlər, rəylər, musiqi və s. göstərilməsi kimi) təmin etməyimizə imkan verir. E-poçt ünvanınız kimi şəxsi məlumatlar bu interfeys elementləri vasitəsilə toplana bilər. Kukilər həmçinin, interfeys elementi tərəfindən onun düzgün şəkildə işləməsini təmin etmək üçün quraşdırıla bilər. İnterfeys elementləri tərəfindən toplanan məlumatlara bu elementi yaradan şirkətin məxfilik siyasətinə əsasən nəzarət olunur.

Bəzi veb baxış proqramları daxil olduğunuz vebsaytlara onlayn fəaliyyətlərinizin izlənilməsini istəmədiyinizi bildirən siqnallar göndərən „izləməyin“ xüsusiyyətini aktivləşdirmək imkanı verə bilər. Bu kukilərin bloklanması və ya silinməsindən fərqlidir, çünki „izləməyin“ xüsusiyyəti aktivləşdirilmiş baxış proqramları yenə də kukilər qəbul edə bilər. Hal-hazırda şirkətlərin „izləməyin“ siqnallarına necə cavab verməli olduğu ilə bağlı sənaye standartı mövcud deyil, lakin gələcəkdə belə bir standart yaradıla bilər. Hazırda bizim vebsaytlarımız "izləməyin" siqnallarını tanımır və onlara cavab vermir. Əgər gələcəkdə bunu etsək, bunun qaydası Məxfilik Bildirişində təsvir ediləcək. "İzləməyin" haqqında ətraflı məlumat əldə edin.

Biz üçüncü tərəflər ilə reklamların bizim vebsaytlarımızda göstərilməsi, yaxud da digər saytlarda bizim reklamlarımızın idarə olunmasına görə əməkdaşlıq edirik. Bizim üçüncü tərəf partnyorlarımız baxış fəaliyyətləriniz və maraqlarınıza əsaslanaraq sizi reklamlarla təmin etmək üçün kukilər və oxşar texnologiyalar istifadə edə bilərlər. Maraqlara əsaslanan reklamların verilməsinin ləğvi üçün buraya klikləyin (və ya Avropa İttifaqında yaşayırsınızsa, buraya klikləyin). Xahiş edirik, nəzərə alasınız ki, fərdiləşdirilməmiş reklamlar göstərilməyə davam edəcək.

yuxarı qayıt

Əlaqələndirilmiş Vebsaytlar

Biz nəzarət etmədiyimiz və bu Məxfilik Bildirişinin əhatə etmədiyi digər üçüncü tərəf vebsaytlarına və xidmətlərinə keçidlər təmin edə bilərik. Biz daxil olduğunuz həmin vebsaytlarda (və bütün vebsaytlarda) dərc edilmiş məxfilik bildirişlərini nəzərdən keçirməyinizi tövsiyə edirik.

yuxarı qayıt

Forumlar və Çat Otaqları

Əgər hər hansı bir Cisco vebsaytında təşkil edilmiş çat otağında, müzakirə forumunda və ya yerli ictimai forumlarda iştirak etsəniz, bilməlisiniz ki, orada təmin etdiyiniz məlumatlar (məsələn, sizin ictimai profiliniz) başqalarına açıq şəkildə yayılacaq və sizinlə əlaqə saxlamaq, sizə arzuolunmaz mesajlar göndərmək və ya nə sizin, nə də Cisco-nun nəzarətində olmayan məqsədlər üçün istifadə edilə biləcək. Həmçinin, bilin ki, ayrı-ayrı forumların və çat otaqlarının əlavə qayda və şərtləri ola bilər. Cisco bu forumlarda təqdim etdiyiniz şəxsi və ya digər məlumatlar üçün məsuliyyət daşımır. Şəxsi məlumatlarınızın bloqumuzdan və ya ictimai forumumuzdan silinməsini sorğulamaq üçün bizimlə privacy@cisco.com vasitəsi ilə əlaqə saxlayın. Bəzi hallarda şəxsi məlumatlarınızı silməmiz mümkün olmaya bilər, bu halda biz bunu edə bilməyəcəyimizi və səbəbini sizə bildirəcəyik.

yuxarı qayıt

Uşaqların Məxfiliyi

Cisco valideynləri və qəyyumları uşaqların onlayn fəaliyyətlərində fəal iştiraka dəvət edir. Cisco uşaqlardan şəxsi məlumatları valideyin və ya qəyyumun icazəsi olmadan bilərəkdən toplamır. Bizim şəxsi məlumatları ölkənizdə müvafiq yaşdan aşağı olan birindən lazımi icazə olmadan topladığımıza inanırsınızsa, zəhmət olmasa, Bizimlə Əlaqə bölməsində təsvir edilən metodlardan istifadə etməklə bizə xəbər verin, beləcə, biz tez şəkildə məsələni araşdırmaq və təhlil etmək üçün müvafiq tədbirlər görəcəyik.

yuxarı qayıt

Şəxsi Məlumatların Ötürülməsi, İşlənməsi və Saxlanılmasına Razılıq

Cisco qlobal təşkilat olduğuna görə biz sizin şəxsi məlumatlarınızı Amerika Birləşmiş Ştatlarındakı Cisco-ya, dünyadakı hər hansı Cisco alt şirkətinə və ya yuxarıda da qeyd edildiyi kimi dünyanın müxtəlif ölkələrində yerləşən üçüncü tərəf və ya biznes partnyorlarımıza göndərə bilərik. Vebsaytlarımızdan və Həllərimizdən istifadə etməklə və ya bizə hər hansı şəxsi məlumat təmin etməklə, məlumatların qorunması standartlarının fərqli ola biləcəyi yaşadığınız ölkədən kənarda bu cür məlumatları müvafiq qanunvericiliyin icazə verdiyi çərçivədə ötürməyə, işləməyə və saxlamağa razılıq verirsiniz.

Cisco şəxsi məlumatların qlobal ötürülməsini bir neçə yolla qoruyur və təmin edir:

  • Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının Məxfilik Sertifikasiyası

    ABŞ APEC Hesabatlılıq Agenti təsdiq etmişdir ki, Cisco-nun qlobal məxfilik proqramı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının Beynəlxalq Məxfilik Qaydaları Sisteminə (BMQS) uyğundur. BMQS sistemləri iştirakçı APEC ölkələri arasında ötürülən şəxsi məlumatların qorunmasını təmin etmək üçün təşkilatlara çərçivə təmin edir. APEC Məxfilik Çərçivəsi və BMQS sistemləri haqqında ətraflı məlumatı burada tapa bilərsiz.

    Bizim sertifikasiyamız dünyadakı bütün filiallarımız arasında şəxsi məlumatların işlənməsi və ötürülməsini təmin edən qlobal əməliyyatlarımız çərçivəsində aparılan bütün biznes proseslərimizə tətbiq olunur. Sertifikasiyaya baxmaq üçün zəhmət olmasa, təsdiqetmə səhifəsinə TRUSTe möhürünün üzərinə klikləyərək baş çəkin.

    TRUSTe
  • Aİ-ABŞ Məxfilik Qoruyucusu

    Cisco Aİ-ABŞ Məxfilik Qoruyucusu Çərçivəsində iştirak edir və özünün bu çərçivəyə əməl etdiyini təsdiqləmişdir. Cisco Məxfilik Qoruyucusu Çərçivəsinə əsasən, Avropa İttifaqı (Aİ) üzv ölkələrindən qəbul edilmiş bütün şəxsi məlumatlara Çərçivənin müvafiq Prinsiplərini tətbiq etmək öhdəliyini öz üzərinə götürmüşdür. Məxfilik Qoruyucusu Çərçivəsi haqqında daha çox öyrənmək üçün ABŞ Ticarət Departamentinin Məxfilik Qoruyucusu saytına baş çəkin.

    Cisco Məxfilik Qoruyucusu Çərçivəsinə əsasən, qəbul etdiyi və sonra özünün adından agent kimi çıxış edən üçüncü tərəfə ötürdüyü şəxsi məlumatların işlənməsinə görə cavabdehdir. Cisco ötürülmə öhdəliyi şərtləri daxil olmaqla, Aİ-dan şəxsi məlumatların ötürülməsini Məxfilik Qoruyucusu Prinsiplərinə uyğun olaraq yerinə yetirir. Müəyyən hallarda, milli təhlükəsizlik və ya hüquq-mühafizə orqanlarının tələbləri daxil olmaqla, Cisco hökümət orqanları tərəfindən verilən sorğulara əsasən şəxsi məlumatları açıqlamaq məcburiyyətində qala bilər.

    Məxfilik Qoruyucusu Çərçivəsinə uyğun olaraq Cisco tərəfindən qəbul olunan və ya ötürülən şəxsi məlumatlar ABŞ Federal Ticarət Komissiyası tərəfindən tənzimlənir.

    TRUSTe
  • İsveçrə-ABŞ Təhlükəsiz Liman Sertifikasiyası

    Cisco Avropa İttifaqı üzv ölkələri və İsveçrədən şəxsi məlumatların toplanması, istifadəsi, işlənməsi və saxlanması ilə bağlı ABŞ Ticarət Departamentinin hazırladığı İsveçrə-ABŞ Təhlükəsiz Liman çərçivəsi əsasında sertifikatlaşdırılıb. Təhlükəsiz Liman proqramı haqqında daha çox öyrənmək və Cisco-nun sertifikasiyasına baxmaq üçün buraya klikləyin.

Əgər sizin Cisco tərəfindən BMQS, Məxfilik Qoruyucusu və/və ya İsveçrə-ABŞ Təhlükəsiz Liman Çərçivəsinə uyğun olaraq işlənən və ya ötürülən şəxsi məlumatlar barədə qənaətbəxş şəkildə həll olunmamış məxfiliklə bağlı narahatlığınız varsa, zəhmət olmasa, bizim ABŞ-da olan üçüncü tərəf mübahisə həlli təminatçımızla buraya klikləyərək əlaqə saxlayın (ödənişsiz). Məxfilik Qoruyucusu vebsaytında daha ətraflı izah edilən müəyyən şərtlərdə, başqa mübahisə həlli prosedurları bitdikdə icbari arbitraja müraciət etmək hüququnuz ola bilər.

yuxarı qayıt

Kaliforniya Məxfilik Hüquqlarınız

Kaliforniya Ştatının sakinləri, Kaliforniya Mülki Məcəlləsinin § 1798.83 maddəsi çərçivəsində Kaliforniyada fəaliyyət göstərən şirkətlərdən şirkətin əvvəlki ildə birbaşa marketinq məqsədləri üçün şəxsi məlumatları açıqladığı bütün üçüncü tərəflərin siyahısnı tələb etmək hüququna malikdir. Alternativ olaraq, qanunda bildirilir ki, əgər şirkətin məxfilik siyasətində marketinq məqsədləri üçün üçüncü tərəflərin (məsələn, reklamçılar) şəxsi məlumatlarınızı istifadə etməsinə razılaşmaq və ya razılaşmamaq kimi seçim imkanı nəzərdə tutulubsa, şirkət bunun əvəzinə sizə bu seçimlərdən necə istifadə edəcəyinizə dair məlumat təmin edə bilər.

Cisco alternativ seçim imkanı təmin edir. Biz hərtərəfli məxfilik bildirişinə sahibik və sizi birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərin şəxsi məlumatlarınızı istifadə etməsinə necə razılıq verə və ya imtina edə biləcəyiniz ilə bağlı təfərrüatlar ilə təmin edirik. Buna görə də əvvəlki ildə marketinq məqsədləri üçün şəxsi məlumatlarınızın verildiyi üçüncü tərəflərin siyahısını təmin etməyə və ya açıqlamaya bilərik.

Əgər Kaliforniya sakinizsinizsə və üçüncü tərəfə açıqlama seçimlərinizi necə istifadə edəcəyiniz haqqında məlumat tələb edirsinizsə, zəhmət olmasa, sorğunuzu bizə e-poçtla göndərin.

yuxarı qayıt

Bizimlə necə əlaqə saxlamalı

Fikirlərinizə dəyər veririk. Bu Məxifilik Bildirişi ilə bağlı sualınız və ya şərhiniz olduqda xahiş edirik, privacy@cisco.com ünvanına məxfilik komadamıza e-poçt göndərəsiniz.

yuxarı qayıt

Bu Cisco Məxfilik Bildirişinə Düzəlişlər

Bu Məxfilik Bildirişini vaxtaşırı yeniləyə bilərik. Məxfilik Bildirişimizə düzəlişlər etsək, düzəliş edilmiş versiyanı yenilənmiş düzəliş tarixi ilə burada dərc edəcəyik. Düzəlişlərdən xəbər tutmaq və onları oxumaq üçün bu səhifələrə mütmadi qaydada baş çəkməyə razılıq verirsiniz. Məxfilik Bildirişimizə maddi dəyişikliklər etsək, dəyişikliklər qüvvəyə minməzdən əvvəl başqa yollarla sizə xəbərdarlıq göndərə bilərik, məsələn, vebsaytlarımızda bildiriş dərc edərək və ya sizə bildiriş göndərərək. Belə düzəlişlər qüvvəyə mindikdən sonra vebsaytımızı istifadə etməyə davam etsəniz, bu düzəlişləri qəbul etmiş və onlara əməl etməyə razılıq vermiş sayılacaqsınız.

Cisco Məxfilik Bildirişinə düzəliş edilmiş və 28 Sentyabr 2016 tarixində dərc edilmişdir.

Bura klikləyərək məxfilik bildirişinin əvvəlki versiyasına baxa bilərsiniz.

Məxfilik Bildirişi

Xülasə



Bizimlə necə əlaqə saxlamalı

Epoçt: privacy@cisco.com

Poçt: Cisco Systems, Inc.
Hüquq Şöbəsi
170 West Tasman Dr.
San Jose, CA 95134 USA