Hesabınız var?

  •   Fərdiləşdirilmiş məzmun
  •   Məhsullarınız və dəstək

Hesaba ehtiyacınız var?

Hesab yarat

Cisco Onlayn Məxfilik Bildirişi

Etibar və Şəffaflıq Mərkəzi

Cisco müştərilərimiz, məhsullarımız və şirkətimiz üçün güclü müdafiə təmin etmə öhdəliyini öz üzərinə götürmüşdür. Biz etibarın yaradılmasına və qorunmasına, riskin azaldılmasına və sadəcə olaraq, düzgün olanı etməyə inanırıq.

Ətraflı öyrənin

Cisco Systems, Inc. və onun subsidiarları (kollektiv şəkildə "Cisco" adlandırılır) məxfiliyinizi qorumağa və sizi vebsaytlarımızda məhsullar və xidmətlərimizdən ("Texnologiya" və ya "Texnologiyalar") istifadə edən zaman pozitiv təcrübə ilə təmin etməyə borcludur.

Bu Məxfilik Bildirişi Cisco vebsaytları və bu Bildirişlə əlaqələndirilən və ya ona istinad edən Texnologiyalara tətbiq olunur və bizim şəxsi məlumatlarınızla necə rəftar etdiyimizi və şəxsi məlumatlarınızın toplanması, istifadəsi, onlara giriş, onları yeniləmək və düzəliş etməklə bağlı sizə verilən seçimləri təsvir edir. Şəxsi məlumat təcrübələrimizlə bağlı əlavə informasiya təklif təsvirləri, əlavə məxfilik bildirişləri və ya məlumatların toplanmasından öncə və ya toplanan ərəfədə təqdim olunan bildirişlərdə verilə bilər. Bəzi Cisco vebsaytları xüsusi olaraq onlar üçün şəxsi məlumatı necə tənzimlədiyimizi təsvir edən özəl məxfilik bildirişinə malik ola bilər. Məlumatların toplanması zamanı bildiriş təqdim olunarsa, yaxud vebsayt və ya Texnologiyaya aid məxfilik bildirişi bu Məxfilik Bildirişi ilə ziddiyyət təşkil edərsə, bu cür xüsusi bildiriş və ya əlavə məxfilik bildirişi əsas götürüləcəkdir.

Şəxsi Məlumatlarınızın Toplanması

Siz vebsaytlarımız və Texnologiyalarımızdan istifadə etdikcə və bizimlə qarşılıqlı əlaqə yaratdıqca şəxsi məlumatlarınız daxil olmaqla, haqqınızda olan məlumatları toplaya bilərik. "Şəxsi məlumat" fərdi müəyyən etmək üçün istifadə oluna bilən hər hansı məlumatdır və bura ad, ünvan, e-poçt ünvanı, telefon nömrəsi, girişlə bağlı məlumat (hesab nömrəsi, parol), marketinq seçimləri, sosial media hesabı məlumatı və ya ödəniş kartının nömrəsi daxil ola bilər. Əgər başqa məlumatları şəxsi məlumatlarınızla əlaqələndirsək, həmin əlaqələndirilmiş məlumatlarla şəxsi məlumat kimi davranacayıq. Biz həm də etibarlı üçüncü tərəf mənbələrindən şəxsi məlumat toplayır və bizə yardım etmək üçün üçüncü tərəfləri şəxsi məlumat toplamağa cəlb edirik.

Biz müxtəlif səbəblər üçün şəxsi məlumatları toplayırıq, məsələn:

  • Sifarişinizi, o cümlədən ödəniş əməliyyatlarını emal etmək.
  • Sizə informasiya bülleteninə abunəni təqdim etmək.
  • Marketinq kommunikasiyaları göndərmək.
  • Hesab yaratmaq.
  • Texnologiylarımızın bəzi funksiyalarının istifadəsinə imkan yaratmaq.
  • Təcrübənizi fərdiləşdirmək.
  • Müştəri xidməti göstərmək.
  • İş üçün ərizəni idarə etmək.
  • Sizə kompüterə əsaslanan sertifikat ilə bağlı test təyin olunan zaman testin qəbulu prosesi zamanı məlumatların toplanması.

Biz və cəlb etdiyimiz üçüncü tərəflər zaman keçdikcə sizdən, vebsaytlardan və Texnologiyalardan topladığımız məlumatları digər mənbələrdən əldə olunan məlumatlarla birləşdirə bilərik. Bu, bizə onun tam düzgünlüyü və bütövlüyünü təkmilləşdirməyə kömək edir, o cümlədən bizə sizinlə daha yaxşı qarşılıqlı əlaqə yaratmağa kömək edir.

Əgər Cisco-nu üçüncü tərəfin şəxsi məlumatları (ad, e-poçt və telefon nömrəsi kimi) ilə təmin etməyi seçsəniz, siz bunu etmək üçün üçüncü tərəfin icazəsinə malik olduğunuzu göstərirsiniz. Misallara dosta istinad və ya marketinq materialının yönləndirilməsi və ya iş təklifləri göndərmək daxildir. Üçüncü tərəflər ilkin mesajda təqdim olunan keçiddə və ya privacy@cisco.com ilə əlaqə saxlayaraq hər hansı gələcək kommunikasiyaya abunəni ləğv edə bilər. Bəzi hallarda, Cisco və cəlb etdiyimiz üçüncü tərəflər kukilər, veb-qeydlər, veb-mayaklar və digər oxşar tətbiqi proqramlar vasitəsilə məlumatları avtomatik toplaya bilər. Bu məlumatlardan vebsaytın istifadəsi, icrası və effektivliyini daha yaxşı anlamaq və təkmilləşdirmək, sizə məzmun və təkliflər göndərməyə kömək etmək üçün istifadə oluna bilər. Ətraflı məlumat üçün aşağıda "Kukilər və Digər Veb-Texnologiyalar" bölməsini oxuyun.

Şəxsi Məlumatlarınızdan İstifadə

Biz şəxsi məlumatlarınızdan biznesimizi aparmaq, vebsayt və Texnologiyalarımızı təqdim etmək, təkmilləşdirmək və fərdiləşdirmək, biznesimizlə bağlı marketinq və digər kommunikasiyaları göndərmək məqsədləri üçün və müvafiq qanunvericilikdə icazə verilən digər qanuni məqsədlər üçün istifadə edə bilərik. Şəxsi məlumatları istifadı edə bildiyimiz bəzi yollara daxildir:

  • Sorğuladığınız Texnologiyanın təqdim olunması
  • Texnologiyalarımızı və onlayn təcrübənizi təhlil etmək, dəstəkləmək və təkmilləşdirmək.
  • Vebsaytlar, informasiya bülletenləri və digər kommunikasiyaları fərdiləşdirmək.
  • Sertifikatlaşdırmanızla bağlı imtahanları təyin etmək və aparmaq.
  • Sizə ya birbaşa Cisco, ya da tərəfdaşlarımızdan marketinq və ya müştəri məmnuniyyəti məqsədləri üçün kommunikasiyalar göndərmək.

Siz kommunikasiya seçimlərinizi istənilən vaxt redaktə edə bilərsiniz. Aşağıda Seçimlərinizə və Kommunikasiya Üstünlüklərinizin Seçilməsinə baxın.

Şəxsi Məlumatlarınıza Giriş və Onların Düzgünlüyü

Şəxsi məlumatlarınızı düzgün və yenilənmiş şəkildə saxlamaq üçün köməyinizə ehtiyacımız var. Şəxsi məlumatlarınıza daxil olmaq, düzəliş etmək, gizlətmək və ya silmək üçün bir sıra seçimlər təqdim edirik:

  • Siz Cisco.com şəxsi məlumatınız və seçimlərinizə Cisco Profilin İdarəolunması Alətindən istifadə etməklə onlayn şəkildə baxa və ya onları redaktə edə bilərsiniz.
  • Bəzi Cisco müəssisələri "məlumat idarəediciləri" kimi fəaliyyət göstərə və ya hesab oluna bilər. Cisco müəssisəsi məlumat idarəedicisi kimi fəaliyyət göstərdikdə, siz xüsusi Texnologiya sənədlərində təsvir olunduğu kimi birbaşa həmin Cisco müəssisəsi ilə məlumatların müvafiq mühafizəsi qanunları əsasında məlumatlara giriş hüquqlarınızdan istifadə edə və düzəliş, gizlətmə və ya qeyri-aktiv etmə kimi seçimləri sorğulaya bilərsiniz.
  • Əgər əlavə yardıma, yaxud şəxsi məlumatlarınıza giriş, onların gizlədilməsi, yaxud silinməsi ilə bağlı köməyə ehtiyacınız varsa, bizimlə birbaşa əlaqə saxlayın. Biz məlumatlarınıza daxil olmaq, silmək, yeniləmək, gizlətmək və ya düzəliş etməklə bağlı müvafiq sorğulara cavab vermək üçün əlimizdən gələni edirik. Biz 30 gün ərzində sorğunuza cavab verəcəyik. Əgər sorğunuza cavab verə bilməsək, sizə bununla bağlı izahat verəcəyik.

Seçimləriniz və Kommunikasiya Üstünlüklərinizin Seçilməsi

Biz sizə Texnologiyalarımızla bağlı müxtəlif məlumat almaq seçimini təqdim edirik. Siz aşağıdakı metodlarla kommunikasiya seçimlərinizi idarə edə bilərsiniz:

  • Bizdən gələn hər bir kampaniya xarakterli məktuba daxil edilmiş göstərişlərə əməl etməklə, həmin xüsusi poçtların qəbuluna abunəni ləğv edə bilərsiniz.
  • E-poçt vasitəsilə və ya aşağıdakı ünvanda bizə məktub göndərməklə: Cisco Systems, Inc., Privacy Legal Department, 170 West Tasman Dr., San Jose, CA 95134, USA. Xahiş edirik ki, ad, e-poçt ünvanı və daha qəbul etmək istəmədiyiniz material haqqında konkret, müvafiq məlumatı daxil etdiyinizə əmin olun.
  • Qısa mesaj xidmətləri üçün ("SMS Xidmətləri") qəbul etdiyiniz SMS mətn mesajına "DAYANDIR", "BİTİR" və ya "ÇIX" cavablarını verməklə.

Bu seçimlər şərtlər və qaydalar əsasında Texnologiyadan istifadəni dayandırmayana və ya ləğv etməyənə kimi vaxtaşırı olaraq ala bildiyiniz xidmət bildirişlərinə və ya müəyyən Texnologiyaların bir hissəsi hesab olunan digər lazımi kommunikasiyalara şamil olunmur. İcazənizlə, biz həm də Cisco biznes tərəfdaşları və ya istehsalçıları ilə şəxsi məlumatınızı paylaşa bilərik ki, onlar sizə maraqlı ola bilən məhsullar və xidmətlərlə bağlı məlumat göndərə bilsin. Marketinq məqsədləri üçün üçüncü tərəflərlə bu paylaşmadan imtina etmək üçün bura klikləyin..

Vebsaytlar, Texnologiyalarımızdan istifadə etməklə, yaxud bizə şəxsi məlumatlarınızı təqdim etməklə, siz istifadənizlə əlaqədar təhlükəsizlik, məxfilik və inzibati problemlərlə bağlı sizinlə elektron şəkildə ünsiyyət qura bildiyimizlə razılaşırsınız. Məsələn, təhlükəsizlik sisteminin pozulmasını müəyyən etsək, vebsaytlarımızda bildiriş dərc etməklə, e-poçt məktubu göndərməklə, yaxud başqa şəkildə sizinlə əlaqə saxlamaqla, sizə elektron şəkildə bildiriş göndərməyə cəhd edə bilərik.

Şəxsi Məlumatlarınızın Paylaşılması

Biz biznesimizi aparmaq, Texnologiyalarımızı təqdim etmək, təkmilləşdirmək və fərdiləşdirmək, biznesimizlə bağlı marketinq və digər kommunikasiyaları göndərmək məqsədləri üçün və müvafiq qanunvericilikdə icazə verilən digər qanuni məqsədlər üçün və ya razılığınızla şəxsi məlumatlarınızı üçüncü tərəflərlə paylaşa bilərik.

Biz şəxsi məlumatları aşağıdakı yollarla paylaşa bilərik:

  • Məlumatların emalı və saxlanması məqsədləri üçün Cisco daxilində və hər hansı qlobal subsidiarlarla.
  • Cisco biznes tərəfdaşları və ya istehsalçıları ilə ki, onlar məhsul və xidmətləri ilə bağlı sizinlə məlumatı paylaşa bilsinlər. Marketinq məqsədləri üçün Cisco-nun üçüncü tərəflərlə məlumatınızı paylaşmasından imtina etmək üçün bura klikləyin.
  • Sorğulanan Texnologiya, xidmət və ya əməliyyatı təmin etmək üçün biznes tərəfdaşları, xidmət istehsalçıları, səlahiyyətli üçüncü tərəf agentləri və ya podratçılarla. Nümunələrə həm də aşağıdakılar daxildir: sifarişlər və kredit kartı əməliyyatlarının emalı, vebsaytlara sahiblik etmək, seminarın qeydiyyatına sahiblik etmək, satışla bağlı cəhdlərdə və ya satışsonrası dəstəkdə yardım etmək və müştəri dəstəyi göstərmək.
  • Hər hansı birliklə bağlı və ya danışıqlar zamanı şirkət aktivlərinin satışı, biznesimizin tam və ya bir hissəsinin başqa şirkət tərəfindən və ya başqa şirkətdə birləşdirilməsi, yaxud strukturunun dəyişdirilməsi, maliyyələşdirilmısi və ya ələ keçirilməsi.
  • Əgər məlumatların açıqlanmasının hər hansı müvafiq qanunvericilik, nizamnamə və ya hüquqi prosesə uyğun olduğuna və ya tələb olunduğuna inansaq, səriştəli orqan tərəfindən sorğulanan məlumata cavab kimi.
  • Hüquqi prosesə əməl etmək və ya Cisco, onun biznes tərəfdaşları, siz və ya başqalarının hüquqları, mülkiyyəti və ya təhlükəsizliyini qorumaq kimi milli təhlükəsizlik tələblərinə cavab vermək məqsədilə vacib olduqda hüquq-mühafizə orqanının əməkdaşları, dövlət qurumları və ya digər üçüncü tərəflərlə; yaxud müvafiq qanunvericiliklə tələb olunan şəkildə.
  • Sizi müəyyən etmək üçün əsasən istifadə edilə bilməyən birgə toplanmış, anonimləşdirilmiş və/və ya de-identifikasiya edilmiş şəklində.
  • Sizə bildiriş göndərdikdə və paylaşmaq üçün razılığınızı aldıqda.

Şəxsi Məlumatlarınızın Təhlükəsizliyi

Biz bizə etibar olunan şəxsi məlumatları qorumaq niyyətindəyik və bu məlumatlarla bu Məxfilik Bildirişinə uyğun olaraq təhlükəsiz şəkildə davranırıq. Cisco şəxsi məlumatlarınızı icazəsiz giriş, istifadə və açıqlamadan qorumaq üçün nəzərdə tutulan fiziki, administrativ və texniki təhlükəsizlik tədbirlərini həyata keçirir. Biz həm də müqavilə ilə təchizatçılarımızdan bu cür məlumatları icazəsiz giriş, istifadə və açıqlamadan qorumağı tələb edirik. Lakin İnternet 100% təhlükəsiz ola bilməz və bizə təqdim etdiyiniz hər hansı şəxsi məlumatların təhlükəsizliyinə təminat və ya zəmanət verə bilmərik.

Şəxsi Məlumatlarınızın Saxlanması

Biz şəxsi məlumatlarınızı lazımi şəkildə onları topladığımız məqsədləri tamamlamaq üçün saxlayacağıq. Biz biznes tələbləri, hüquqi öhdəliklərə əməl etmək, mübahisələri həll etmək, aktivlərimizi qorumaq və müqavilələrimizi qüvvədə saxlamaq üçün lazım olan səviyyədə şəxsi məlumatlarınızı saxlayacaq və onlardan istifadə edəcəyik.

Kukilər və digər Veb-Texnologiyalardan istifadə

Əksər veb-saytlar kimi Cisco kukilər, daxildə qurulmuş veb-keçidlər və veb-mayaklar kimi məlumatların toplanması alətlərindən istifadə edir. Bu alətlər brauzerinizin vebsaytımıza göndərdiyi bəzi standart məlumatları toplayır. Misallara brauzerinizin növü və vebsaytımıza hansı vebsaytdan daxil olduğunuz ünvan daxildir.

Onlar həm də aşağıdakı məlumatları toplaya bilər:

  • İnternet Protokolu (IP) ünvanınız. Bu, İnternetə qoşulduğunuz zaman kompüter və ya cihazınıza avtomatik təyin olunmuş nömrədir. Bu, İnternet xidmət provayderiniz və ya TCP/IP şəbəkəsində IT şöbəsi tərəfindən təyin olunmuş unikal ünvandır. Başqa seçimlərlə müqayisədə, IP ünvanı veb-serverlərə cihazınızı tapmaq və müəyyənləşdirmək icazəsi verir.
  • Ziyarət tarixçəsi ilə davranış. Bura, məsələn, baxdığınız səhifələr və kliklədiyiniz keçidlər daxildir. Bu alətlər sizə fərdiləşdirilmiş təcrübə təqdim etməklə və qayıdan zaman sizi tanımaqla, vebsaytımıza girişinizi daha asan, daha effektli və daha dəyərli etməyə kömək edir. Kukilər və vicetlər kimi məlumatların avtomatik toplanması alətlərindən necə istifadə etməyimizlə bağlı ətraflı məlumat alın.

Bu alətlərlə bağlı seçimlərinizi yeniləmək haqqında öyrənin.

Vebsaytlarımıza vicetlər daxildir. Vicetlər başqa şirkətlərin xüsusi xidmətlərini göstərmək üçün saytımızda icra olunan interaktiv mini-proqramlardır. Misallara yeniliklər, fikirlər, videolar və s. göstərilməsi daxildir. E-poçt ünvanınız kimi şəxsi məlumatları vicetlər vasitəsilə toplamaq mümkündür. Vicetlər həm də düzgün işləməsinə imkan yaratmaq üçün kuki təyin edə bilər. Vicet tərəfindən toplanan informasiya onu yaradan şirkətin məxfilik siyasəti ilə idarə olunur.

Bəzi veb-brauzerlər sizə daxil olduğunuz vebsaytlara onlayn fəaliyyətlərinizin izlənməsini istəmədiyinizi göstərən siqnallar göndərən "izləməni dayandır" funksiyasını aktivləşdirmək imkanı verə bilər. Bu, kukilərin bloklanması və ya silinməsindən fərqlidir, çünki "izləməni dayandır" funksiyasının aktivləşdirildiyi brauzerlər hələ də kukiləri qəbul edə bilər.

Hazırda şirkətlərin "izləməni dayandır" siqnallarına necə cavab verməli olması ilə bağlı sənaye standartı yoxdur, lakin gələcəkdə belə bir standart hazırlana bilər. Cisco vebsaytları hazırda "izləməni dayandır" siqnallarını tanımır və onlara cavab vermir. Əgər gələcəkdə bunu etsək, bu Məxfilik Bildirişində bunun necə edildiyini təsvir edəcəyik. “İzləməni dayandır“ haqqında ətraflı məlumat alın.

Biz vebsaytımızda reklam göstərmək və ya digər saytlarda reklamımızı idarə etmək üçün üçüncü tərəflərlə tərəfdaşlıq edirik. Üçüncü tərəf tərəfdaşlarımız baxış fəaliyyətləri və maraqlarınıza əsaslanaraq sizə reklam təqdim etmək üçün kukilər və ya oxşar texnologiyalardan istifadə edə bilər. Siz bu reklamdan imtina edə bilərsiniz.

Maraqlara əsaslanan reklamdan imtina etmək haqqında:

Qeyd: Ümumi olaraq fərdiləşdirilməmiş reklamlar göstərilməkdə davam edəcək.

Əlaqələndirilmiş Veb-saytlar

Biz nəzarətimizdə olmayan və bu Məxfilik Bildirişində əhatə olunmayan digər üçüncü tərəf veb-saytları və xidmətlərinə keçidlər təqdim edə bilərik. Biz sizi daxil olduğunuz həmin vebsaytlarda (və bütün vebsaytlar) dərc olunmuş məxfilik bildirişlərinə nəzər salmağa şövqləndirə bilərik.

Forumlar və Çat Otaqları

Əgər Cisco veb-saytının müzakirə forumunda, lokal birliklərində və ya çat otağında iştirak edirsinizsə, bilməlisiniz ki, orada təqdim etdiyiniz məlumat (ümumi profiliniz) başqaları üçün açıq olacaq və sizinlə əlaqə saxlamaq, sizə arzuolunmaz mesajlar göndərməkdə, yaxud nə Cisco, nə də sizin nəzarətinizin olmadığı məqsədlər üçün istifadə oluna bilər. Bundan başqa, qeyd edək ki, fərdi forumlar və çat otaqları əlavə qaydalar və şərtlərə malik ola bilər. Cisco şəxsi məlumatlara və ya bu forumlarda təqdim etmək üçün seçdiyiniz hər hansı digər məlumata görə məsuliyyət daşımır. Bloq və ya birlik forumumuzdan şəxsi məlumatların silinməsini sorğulamaq üçün bizimlə privacy@cisco.com veb-səhifəsində əlaqə saxlayın. Bəzi hallarda, şəxsi məlumatınızı silmək iqtidarında olmaya bilərik, bu halda sizə bunu edə bilmədiyimizi və səbəbini bildirəcəyik.

Uşaqların Məxfiliyi

Cisco valideynlər və qəyyumları uşaqlarının onlayn fəaliyyətlərində aktiv rol oynamağa şövqləndirir. Cisco müvafiq valideyn və ya qəyyum icazəsi olmadan uşaqlardan bilərəkdən şəxsi məlumatları toplamır. Əgər müvafiq icazə olmadan ölkənizdə razılıq üçün lazımi yaş qrupuna aid olmayan birisindən şəxsi məlumatları toplaya bildiyimizə inanırsınızsa, Bizimlə Əlaqə bölməsində təsvir olunmuş metodlardan istifadə edərək bizə bu barədə bildirin və biz problemi araşdırmaq və cəld ünvanlamaq üçün müvafiq tədbirləri görəcəyik.

Şəxsi Məlumatların Ötürülməsi, Emalı və Saxlanması üçün İcazə

Cisco qlobal təşkilat olduğundan, şəxsi məlumatlarınızı ABŞ-dakı Cisco şirkətinə, dünya üzrə hər hansı Cisco subsidiarına, yaxud yuxarıda təsvir olunduğu kimi dünyanın müxtəlif ölkələrində yerləşən üçüncü tərəflər və biznes tərəfdaşlarına ötürə bilərik. Vebsaytlar və Texnologiyalarımızdan istifadə etməklə, yaxud müvafiq qanunla icazə verildiyi halda, bizə məlumat göndərməklə, siz məlumatların mühafizəsi standartlarının fərqli ola bildiyi yaşayış ölkəsi xaricində bu cür məlumatların ötürülməsi, emalı və saxlanmasına razılıq verirsiniz.

Cisco bir neçə üsulla şəxsi məlumatlarınızın qlobal şəkildə ötürülməsini qoruyur və buna şərait yaradır.

  • APEC Məxfilik Sertifikatı

    ABŞ APEC Cavabdehlik üzrə Agent təsdiq edir ki, Cisco-nun qlobal məxfilik proqramı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının Beynəlxalq Məxfilik Qaydaları Sisteminə (CBPRs) əməl edir. CBPRs iştirakçı APEC iqtisadiyyatları arasında ötürülən şəxsi məlumatların mühafizəsinə əmin olmaq məqsədilə təşkilatlar üçün çərçivəni təmin edir. APEC Məxfilik Çərçivəsi və CBPRs haqqında ətraflı məlumatı burada ala bilərsiniz. Sertifikatımız dünya üzrə törəmə şirkətlərimizə/şirkətlərimizdən şəxsi məlumatları emal edən və ötürən qlobal əməliyyatlarımızda biznes proseslərimizə tətbiq olunur. Sertifikatımıza baxmaq üçün TRUSTe möhürü üzərinə klikləyərək yoxlama səhifəsinə daxil olun.TRUSTe

     

  • Aİ-ABŞ və İsveçrə-ABŞ Məxfiliyin Qorunması

    Cisco müvafiq olaraq Avropa İttifaqı (Aİ) və İsveçrədən ötürülən şəxsi məlumatların toplanması, istifadəsi və saxlanması ilə bağlı ABŞ Kommersiya Departamenti tərəfindən təyin olunmuş Aİ-ABŞ və İsveçrə-ABŞ Məxfiliyin Qorunması Çərçivələri və Prinsiplərində iştirak edir və bu qaydalara əməl etdiyini təsdiqləyir. Cisco Aİ üzv ölkələri və İsveçrədən alınan bütün şəxsi məlumatların Aİ-ABŞ və İsveçrə-ABŞ Məxfiliyin Qorunması Çərçivələri əsasında Çərçivələrin müvafiq Prinsipləri ilə tənzimləməyə borcludur. Əgər bu Məxfilik Bildirişinin şərtləri və Məxfiliyin Qorunması Prinsipləri arasında hər hansı ziddiyyət yaranarsa, Məxfiliyin Qorunması Prinsipləri hakim olacaq. Bu Məxfiliyin Qorunması Çərçivələri haqqında ətraflı məlumat almaq üçün ABŞ Kommersiya Departamentinin Məxfiliyin Qorunması saytına daxil olun. Cisco bu Məxfiliyin Qorunması Çərçivələri əsasında qəbul etdiyi şəxsi məlumatların emalı üzrə məsuliyyət daşıyır və nəticədə bu məlumatları onun adından agent kimi çıxış edən üçüncü tərəfə ötürür. Cisco Aİ və İsveçrədən şəxsi məlumatların bütün növbəti köçürmələri,üzrə Məxfiliyin Qorunması Prinsipləri, o cümlədən növbəti ötürmələr üzrə öhdəlik müddəalarına əməl edir. Bəzi hallarda, Cisco-dan dövlət qurumları tərəfindən qanuni sorğulara cavab kimi milli təhlükəsizlik və ya hüquq-mühafizə orqanlarının tələblərinə əməl etməklə şəxsi məlumatları açıqlamaq tələb oluna bilər. Məxfiliyin Qorunması Çərçivəsinə uyğun olaraq qəbul olunan və ya ötürülən şəxsi məlumatlarla bağlı Cisco ABŞ Federal Ticarət Komissiyasının nizamlayıcı hüquqların tətbiqi ilə tənzimlənir.TRUSTe

  • AB-nin Korporativ Qaydaları - Nəzarətçi

    Cisco şirkətinin qlobal məxfilik proqramı və siyasətləri Almaniya, Polşa, İspaniya və məxfiliyin qorunması üzrə Avropanın digər müvafiq tənzimçiləri tərəfindən fərdi məlumatı köçürərkən Avropa qanunvericiliyinə əsasən qorunan xüsusi həyatın, insanın əsas hüquq və azadlıqların mühafizəsini adekvat təmin edən kimi təsdiqlənmişdir. Cisco şirkətinin Korporativ Qaydaları – Nəzarətçi (BCR-C) uyğun olaraq, Cisco bütün dünyada Avropadan fərdi məlumatı köçürərkən onun adekvat mühafizəsinə zəmanət verir.

    Bizim BCR-C-nin sürətini burada nəzərdən keçirə bilərsiniz. BCR-C haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.

  • Əgər sizdə Cisco-nun qənaətbəxş şəkildə cavab vermədiyi CBPRs və/yaxud Məxfiliyin Qorunması ilə bağlı Cisco tərəfindən emal olunan və ya ötürülən şəxsi məlumatlarla bağlı həll olunmamış məxfilik probleminiz varsa, bura klikləməklə, ABŞ-da üçüncü tərəfin mübahisələrin həlli provayderimizlə əlaqə saxlayın (pulsuzdur). Məxfiliyin Qorunması vebsaytında tam şəkildə təsvir olunmuş bəzi hallarda, mübahisələrin həlli ilə bağlı digər prosedurlar ləngidikdə, sizin məhkəməyə müraciət etmək hüququnuz var.

Kaliforniya Məxfilik Hüquqlarınız

§ 1798.83 saylı Kaliforniya Mülki Məcəlləsinə uyğun olaraq, Kaliforniya Ştatının sakinlərinin Kaliforniyada bizneslə məşğul olan şirkətlərdən birbaşa marketinq məqsədləri üçün əvvəlki il ərzində şirkətin şəxsi məlumatları açıqladığı bütün üçüncü tərəflərin siyahısını sorğulamaq hüququna malikdirlər. Alternativ olaraq, qanunda bildirilir ki, əgər şirkətin marketinq məqsədləri üçün üçüncü tərəf şirkətləri tərəfindən (məsələn, reklam şirkətləri) şəxsi məlumatlarınızın istifadəsi üçün ya imtina, yaxud razılaşma seçimi verən məxfilik siyasəti varsa, şirkət əvəzində sizi məlumatların açıqlanması seçimləri ilə bağlı məlumatla təmin edə bilər.

Cisco alternativ seçimi səlahiyyəti verir. Bizim hərtərəfli məxfilik bildirişimiz var və sizi birbaşa marketinq məqsəədləri üçün şəxsi məlumatlarınızın üçüncü tərəf şirkətləri tərəfindən istifadəsindən imtina etmək və ya razılaşmaqla bağlı təfərrüatlarla təmin edirik. Buna görə də, bizdən ötən il ərzində marketinq məqsədləri üçün şəxsi məlumatlarınızı alan üçüncü tərəf şirkətlərinin siyahısını qoruyub saxlamaq və ya açıqlamaq tələb olunmur.

Əgər Kaliforniya sakinisinizsə və üçüncü tərəf şirkətlərinə məlumatların açıqlanması seçimlərinizi istifadə etməklə bağlı məlumat istəyirsinizsə, sorğunuzu bizə e-poçtla göndərin.

Bizimlə Əlaqə

Fikirlərinizi dəyərləndiririk. Bu Məxfilik bildirişi ilə bağlı suallarınız və ya şərhləriniz olarsa, privacy@cisco.com ünvanında məxfilik komandamıza məktub göndərin.

Bu Cisco Məxfilik Bildirişinə edilən yeniləmələr

Vaxt keçdikcə, bu Məxfilik Bildirişini yeniləyə bilərik. Əgər bu Məxfilik Bildirişinə dəyişiklik etsək, düzəliş olunmuş versiyanı yenilənmiş düzəliş tarixi ilə bura dərc edəcəyik. Siz hər hansı bu cür düzəlişlərdən xəbərdar olmaq və onlara nəzər salmaq üçün vaxtaşırı olaraq bu səhifələrə daxil olmağa razılaşırsınız. Əgər Məxfilik Bildirişimizə əsaslı dəyişikliklər etsək, dəyişikliklər qüvvəyə minməmişdən əvvəl vebsaytımıza bildiriş yerləşdirmək və ya sizə bildiriş göndərmək kimi digər vasitələrlə də sizi bu barədə məlumatlandıra bilərik. Bu cür düzəlişlər qüvvəyə mindikdən sonra saytımızdan istifadəni davam etdirməklə, siz düzəlişləri qəbul edir, onlara əməl etməyə razılaşırsınız.

Cisco Məxfilik Bildirişinə 2018-ci ilin 4 May tarixində düzəliş edildi və dərc edildi.

Məxfilik bildirişinin əvvəlki versiyası üçün bura klikləyin.

Məxfilik Bildirişi

Xülasə



Bizimlə necə əlaqə saxlamalı

Epoçt: privacy@cisco.com

Poçt: Cisco Systems, Inc.
Hüquq Şöbəsi
170 West Tasman Dr.
San Jose, CA 95134 USA