Hesabınız var?

  •   Fərdiləşdirilmiş məzmun
  •   Məhsullarınız və dəstək

Hesaba ehtiyacınız var?

Hesab yarat

Məlumatların Avtomatik Toplanması Alətləri (Kukilər və s.)

Cisco-da kukilər və digər izləmə texnologiyalarından necə istifadə edirik

Xidmətlərimiz (veb-sayt, mobil proqram və e-poçt ünsiyyəti, "Xidmətlərlə" birgə) kukilər və digər cihaz identifikasiyası texnologiyalarından ("kukilər") istifadə edərək Xidmətlərimizi təmin edir ki, onların necə istifadə olunduğu və reklam məqsədləri başa düşülsün. İstifadə etdiyimiz kukilərin növləri, onlardan nə üçün istifadə etməyimiz və kuki seçimlərinizi necə tətbiq edə bilməyinizlə bağlı aşağıda ətraflı məlumat ala bilərsiniz.

Vebsaytımıza başqa şirkətdən xüsusi xidmətlər göstərmək (xəbərlər, fikirlər, musiqi və s. göstərmək kimi) üçün saytımızda icra olunan interaktiv mini-proqramlar olan vicetlər daxildir. E-poçt ünvanınız kimi şəxsi məlumatlar vicet vasitəsilə toplana bilər. Kukilər həm də düzgün işləməsinə imkan yaratmaq üçün vicet tərəfindən təyin oluna bilər. Bu vicet tərəfindən toplanan informasiya onu yaradan şirkətin məxfilik siyasəti ilə idarə olunur. Vicetimiz kontaktlarınıza e-poçt məktubu göndərməkdə kömək etmək üçün kontaktların idxalı funksiyasına malik ola bilər. Sorğunuz əsasında kontaktlarınızı veb-saytımıza idxal etməyə kömək etmək üçün e-poçt ünvanı kitabçanızı axtaracağıq.

Kukilər nədir?

Kuki terminindən Xidmətlərimizə daxil olmaq üçün istifadə etdiyiniz kompüter, planşet və ya mobil telefon kimi cihazda məlumatı saxlayan və ona daxil olan bütün texnologiyalara istinad etmək üçün istifadə edirik. Məsələn, Xidmətlərimizə daxil olduğunuz zaman endirilən və bizə cihazınızı tanımaq imkanı verən kiçik məlumatlar faylları olan (səciyyəvi olaraq rəqəm və hərflərdən ibarət olur) HTTP kukilərindən istifadə edirik. Biz həm də tətbiqi proqramlarımıza yerləşdirilən piksel teqləri və proqram təminatı dəstləri kimi texnologiyadan istifadə edirik (ətraflı məlumat).

Kukilərin müxtəlif növləri vardır, məsələn:

  • Birbaşa Cisco tərəfindən təmin edilən kukilər ("birinci tərəf kukiləri") və bizim adımızdan, məsələn reklam şirkətləri və məlumatların analitikası şirkətləri tərəfindən təmin edilən kukilər ("üçüncü tərəf kukiləri")
  • Müxtəlif vaxtlara davam gətirən kukilər, o cümlədən yalnız brauzeriniz açıq olan zaman işləyən kukilər ("seans kukiləri" adlandırılır) Siz brauzerinizi bağlayan kimi onlar avtomatik silinir. Başqa kukilər isə "daimi kukilərdi", bu o deməkdir ki, brauzeriniz bağlandıqdan sonra belə onlar işləyir. Məsələn, siz brauzerinizi açanda və İnternetə yenidən baxanda onlar cihazınızı tanıyır.

Hansı kukilərdən istifadə edirik və onlardan nə üçün istifadə edirik?

Aşağıdakı cədvəl Xidmətlərimizin istifadə etdiyi müxtəlif kuki kateqoriyalarını və onlardan nə üçün istifadə etdiyimizi göstərir.

Kukinin növü Bu kukilərdən nə üçün istifadə edirik Onları kim təmin edir və ətraflı məlumatı haradan ala bilərsiniz?
Əsilliyi Yoxlama Kukiləri Bu kukilər (o cümlədən lokal yaddaş və oxşar texnologiyalar) bizə nə zaman daxil olduğunuzu deyir ki, sizə hesabınızla bağlı məlumat, səyahət tarixçəsi kimi müvafiq təcrübə və funksiyaları göstərək və siz də hesab parametrlərinizi redaktə edə biləsiniz. Cisco
Təhlükəsizlik və saytın bütövlüyü kukiləri Biz Cisco-nu təhlükəsiz və etibarlı saxlamağa kömək etmək üçün təhlükəsizlik funksiyalarına dəstək olmaq və ya onları aktivləşdirmək məqsədilə bu kukilərdən istifadə edirik. Məsələn, onlar bizə Xidmətlərin təhlükəsiz sahəsinə nə zaman daxil olduğunuzu xatırlamaq imkanı verir və hesabınıza sizdən başqa kiminsə daxil olmağına imkan vermir. Cisco
Reklam Kukilər və piksellər kimi elementlərdən reklamları anlamaq və sizə çatdırmaq, onları sizə daha münasib etmək və mobil proqramlarda reklam kampaniyalarının effektini izləmək üçün istifadə olunur. Məsələn, biz kukini oxuya bilərik ki, sizin üçün başqa veb-saytlarda maraqlı ola bilən reklamlarla sizi təmin edə bilək. Biz həm də bu informasiyadan istifadəçilərə müvafiq reklamları yönləndirmək üçün istifadə edə bilərik. Eynilə, tərəfdaşlarımız reklamı təmin etdiyimizi və onun necə icra olunduğunu müəyyənləşdirmək, yaxud bizə onlarla necə əlaqə qurmağınıza dair məlumatı təqdim etmək üçün kuki, identifikasiya xidməti və ya başqa oxşar texnologiyadan istifadə edə bilər. Bu, lokal cihazınızda kukilərin saxlanmasına səbəb ola bilər.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Adelphic
  • Adjust
  • AdRoll (Facebook)
  • AdSage
  • AOL
  • CareerCo
  • Digilant
  • Drawbridge
  • Facebook
  • Google
  • HasOffers (Tune)
  • Indeed
  • Kenshoo
  • Microsoft
  • Mixpanel
  • Quantcast
  • Recruitics
  • RocketFuel
  • Simplyhired
  • Twitter
  • Yahoo
  • YieldMo
  • Ziprecruiter

Maraqlara əsaslanan reklamlar, yaxud funksional reklam məqsədləri üçün istifadə olunan veb-baxış məlumatına malik olmaqdan imtina etməklə bağlı ətraflı məlumat üçün ABŞ-da yaşayırsınızsa, www.aboutads.info/choices, ABŞ xaricində yaşayırsınızsa, http://youronlinechoices.eu/ veb-səhifəsinə daxil olun.

Lokallaşdırma Bunlar Cisco-ya lokallaşdırılmış təcrübə təmin etməkdə kömək edir. Məsələn, biz brauzeriniz və ya cihazınıza yerləşdirilən kukidə məlumatı saxlaya bilərik ki, siz saytı seçdiyiniz dildə görə biləsiniz. Cisco
Saytın funksiyaları və Xidmətlər Bunlar bizə məhsullar və Xidmətləri təmin etməyə kömək edən funksional imkanlar təqdim edir.
Məsələn, kukilər sahələri əvvəlcədən doldurmaqla, sizə daxil olmağa kömək edir. Biz həm də siz və başqalarına sosial qoşmalar və digər fərdiləşdirilmiş məzmun və təcrübələri təqdim etmək (siz və başqalarına təkliflər etmək kimi) üçün kukilər və oxşar texnologiyalardan istifadə edə bilərik.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Facebook
  • Google+
  • Twitter
Analitika və tədqiqat Bunlardan Cisco vebsaytı və əlaqəli vebsaytlara və tətbiqi proqramlara kompüter və ya mobil ciihazdan daxil olduğunuz zaman məhsullar və Xidmətləri anlamaq, təkmilləşdirmək və araşdırmaq üçün istifadə olunur. Məsələn, sizin sayt xüsusiyyətlərindən necə istifadə etdiyinizi və auditoriyanı funksiya sınağının keçirilməsinə necə yönləndirdiyinizi anlamaq üçün kukilərdən istifadə edə bilərik. Biz və tərəfdaşlarımız təkmilləşmək və vebsaytlar, tətbiqi proqramlar, məhsullar, xidmətlər və reklamlardan necə istifadə etdiyinizi anlamaq üçün bu texnologiyalar və qəbul etdiyimiz məlumatlardan istifadə edə bilərik. Biz bu təhlillərlə bağlı məlumatı tərəfdaşlarımızla paylaşa bilərik.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Google
  • MixPanel
  • Optimizely

Sorry, no results matched your search criteria(s). Please try again.


Kuki seçimlərinizdən necə istifadə edə bilərsiniz?

Siz kukini qəbul etməməyi seçmək hüququna maliksiniz. Onlar xidmətlərimizin necə işləməsinin vacib hissəsidir, ona görə də siz bilməlisiniz ki, kukilərdən imtina etməyi və ya onları silməyi seçdikdə, bu, bizim vebsaytlarımızda təklif etdiyimiz mümkünlük və funksionallıqla bağlı xidmətlərə təsir edə bilər.

Əksər veb-brauzerlər standart şəkildə kukiləri qəbul etməyə təyin olunur. Əgər istəsəniz, siz adətən brauzerinizi brauzer kukilərini silmək və ya rədd etməyə təyin etməyi seçə bilərsiniz. Bunu etmək üçün brauzerinizdə təqdim olunan göstərişlərə əməl edin. Göstərişlər ümumi olaraq, "Kömək", "Alətlər" və ya "Redaktə" menyuları daxilində yerləşdirilir.

Bəzi üçüncü tərəflər həm də imtina keçidinə klikləməklə, kukilərindən birbaşa imtina etmək imkanını təqdim edir. Yaxud siz əvvəlcədən onların reklamından imtina edə bilərsiniz.

Maraqlara əsaslanan reklamdan imtina etmək haqqında:

Brauzer kukilərinin silinməsi və ya onların rədd edilməsi Xidmətlərimizlə bağlı istifadə olunan üçüncü tərəfin fləş kukilərinə lazımi şəkildə təsir etmir. Fləş kukilərini silmək və ya qeyri-aktiv etmək haqqında ətraflı məlumat alın.

Siz həm də bu veb-saytın kukilərdən necə istifadə etməsi ilə bağlı seçimlərinizi dəyişdirə bilərsiniz.

Ətraflı Məlumat üçün

Kukilər, o cümlədən cihazınızda hansı kukilərin qurulduğunu görmək, onları idarə etmək və silməklə bağlı ətraflı məlumat üçün AllAboutCookies.orgOnlayn Seçimlərinizə (Avropa İttifaqı sakinləri üçün) daxil olun.

"İzləmənin dayandırılması" funksiyası

Bəzi veb-brauzerlər sizə daxil olduğunuz vebsaytlara onlayn fəaliyyətlərinizin izlənməsini istəmədiyinizi göstərən siqnallar göndərən "izləməni dayandır" funksiyasını aktivləşdirmək imkanı verə bilər. Bu, kukilərin bloklanması və ya silinməsindən fərqlidir, çünki "izləməni dayandır" funksiyasının aktivləşdirildiyi brauzerlər hələ də kukiləri qəbul edə bilər. Hazırda şirkətlərin "izləməni dayandır" siqnallarına necə cavab verməli olması ilə bağlı sənaye standartı yoxdur, lakin gələcəkdə belə bir standart hazırlana bilər. Belə isə, biz "izləməni dayandır" siqnallarına cavab vermirik. Əgər gələcəkdə bunu etsək, bu Məxfilik Bildirişində bunun necə edildiyini təsvir edəcəyik. "İzləməni dayandır" haqqında ətraflı məlumat alın.

Bizimlə əlaqə

Kukilərdən istifadəmizlə bağlı hər hansı suallarınız varsa, bizimlə bu ünvanda əlaqə saxlayın: privacy@cisco.com.

Məxfilik Bildirişi