Guest

Təhlükəsizlik

Sistemlərinizi və istifadəçilərinizi qoruyun. Biznesinizi təhlükəsiz şəraitdə inkişaf etdirin.

Kiber təhlükəsizlik üzrə yarım illik hesabatı əldə edin

Kiber hücumların biznesə təsiri

Qlobal kibercinayətkarlıq bazarının həcmi bu il 1 trillion dollara çata bilər. Hakerlərin qazandığı hər dollar, onların qurbanlarının itirdiyi puldur. Kiber hücumlardan dəyən zərər Sizin IT sistemləriniz ilə kifayətlənmir və daha geniş sahəni əhatə edir. Onlar, habelə Sizin brendinizə, gəlirlərinizə və ümumilikdə Sizin gələcəyinizə zərər yetirə bilər.

Şantajçıların hücumu

Şantajçıların hücumu

Ransomware və ya şantajçı virus – bütün məlum olan kiber hücumlar arasında ən çox qazanc gətirən virus növüdür. WannaCry və Nyetya/Petya kimi təhlükələr barəsində və onların Sizin sistemlərinizə daxil olmadan əvvəl necə qarşısını almaq haqqında daha çox məlumat əldə edin. 

Səhifəyə daxil ol

Təhlükəsizlik sahəsində nə baş verir?

Biznesinizə təsir göstərən müxtəlif təhlükə növləri, qaydalar və texnoloji trendlər haqqında daha çox məlumat əldə edin. Təhlükəsizliyin büdcə çərçivəsində necə təkmilləşdirilməsi ilə bağlı faydalı məsləhətlər alın.

Videoya bax
Təhlükəsizlik sahəsində nə baş verir?

Şəbəkənizin bütün sərhədlərini qoruyun

Təkmilləşən təhlükələrə qarşı durmaq və GDPR kimi yeni reqlamentlərə riayət etmək şəbəkənin təhlükəsizliyinin təmin edilməsi baxımından tələblərin yalnız bir hissəsidir. Rəqəmsallaşdırma yeni biznes modellər meydana gətirir, texnologiyalar isə onlara dəstək üçün çox sürətlə inkişaf edir. Siz infrastrukturunuzu onun yerləşdiyi yerin həm içərisindən həm də kənardan, şəbəkənin ənənəvi perimetrini daxildən və xaricdən mühafizə etməlisiniz. Bunu daha effektiv etməkdə Sizə kömək edəcək təhlükəsizlik məsələlərini həll etmək gərəkdir.

Sadə

Təhlükəsizlik sistemi yerləşdirilmə, miqyaslama və idarə baxımından sadə olmalıdır. Sistem istifadəçinin dostu olmalı və ona bütün lazımi məlumatları vahid bir yerdə təqdim etməlidir.

Açıq

Təhlükəsizlik üçün həll yolları, istehsalçının onu necə istehsal etməsindən asılı olmayaraq, vahid komanda şəklində çalışmalıdır. Bir-biri ilə qarşılıqlı münasibətdə olan alətlərin köməkliyi ilə Siz tez bir zamanda təhlükəni müəyyən edəcək və bütün komponentlərin mühafizəsini həyata keçirə biləcəksiniz.

Avtomatlaşdırılmış

Təşkilatınıza, təhlükələri tez bir zamanda müəyyən etmək və onlara reaksiya vermək imkanını təqdim edin. Maşın öyrənmə və avtomatlaşdırma IT komandanızın işinin yüngülləşdirilməsi baxımından ən səmərəli üsuldur.

Görmək və qorumaq – məlumatların emal edilməsi mərkəzindən son nöqtəyə qədər

Bizim təqdim etdiyimiz təhlükəsizliyin həlli yolları sadə, açıq və avtomatlaşdırılmışdır. Onlar Sizin şəbəkənizin hər bir nöqtəsini qorumaqda köməklik edəcək: hücumdan əvvəl, hücum vaxtı və ondan sonra.

Gələcək nəsil brandmayerlər

Gələcək nəsil brandmayerlər

Daha çox təhlükəni bloklayın və tez bir şəkildə mümkün pozuntuların qarşısını alın.

Zərərli proqramlardan ətraflı qorunmaq

Təhlükə törədə biləcək davranışları izləyin və təhlükəni tez bir zamanda aradan qaldırın.

Şifrələnmiş trafikin təhlili

Şifrələnmiş trafikin təhlili

Şifrələnmiş trafikdə şifrəni açmadan şübhəli davranışı müəyyən edin.

Security Offers

Cisco Umbrella

Cisco Umbrella

Stop your users from accessing bad domains. Just point your DNS to Cisco Umbrella and it’s done. A global deployment takes only minutes.

Firepower 2100 series

Firepower 2100 series

The first fully integrated next-generation firewall to deliver security without slowing down performance.

stealthwatch

Stealthwatch

Get visibility across the network, data centre, branch offices and cloud. Uncover stealthy attacks with advanced security analytics.