Aşağıdakı Cisco Məxfilik Bildirişi 18 İyun 2016 tarixində dərc ediləcəkdir.
Cisco Systems, Inc. və onun alt şirkətləri (birlikdə "Cisco“) məxfiliyinizi qorumaq və vebsaytlarımızda və məhsul və xidmətlərimizin istifadəsində müsbət təcrübə əldə etməniz üçün çalışır ("Həll“ və ya "Həllər“). Bu Məxfilik Bildirişi bu Bildiriş ilə əlaqəli olan Cisco vebsaytlarına tətbiq edilir və şəxsi məlumatları necə idarə etdiyimizi təsvie edir. Şəxsi məlumatlarla bağlı təcrübəmiz haqqında əlavə məlumatlar əlavədə sağda və ya məlumatların toplanılması zamanı təmin edilən bildirişlərdə təmin edilə bilər. Müəyyən Cisco vebsaytları xüsusi olaraq həmin vebsaytlar üçün şəxsi məlumatları necə idarə etdiyimizi göstərən fərdi məxfilik bildirişinə malik ola bilər. Toplanma zamanı hansısa bildiriş təmin edilərsə və ya vebsaytla əlaqəli məxfilik bildirişi bu Məxfilik Bildirişinə zidd olarsa, bildiriş və ya məxfilik bildirişi üstün tutulacaqdır.
Vebsaytlarımızı istifadə etdiyiniz və bizimlə qarşılıqlı əlaqədə olduğunuz zaman şəxsi məlumatlar da daxil olmaqla, sizin haqqınızda məlumat toplaya bilərik. Şəxsi məlumat şəxsi müəyyən etmək üçün istifadə edilə biləcək hər hansı məlumatdır və ad, ünvan, e-poçt ünvanı, telefon nömrəsi, sosial media hesabının məlumatları və ya ödəniş kartının nömrəsini ehtiva edə bilər. Əgər digər verilənləri şəxsi məlumatlarınız ilə əlaqələndirsək, həmin əlaqələnmiş verilənlər şəxsi məlumatlar kimi qiymətləndiriləcək. Biz həmçinin, etibarlı üçüncü tərəf mənbələrdən şəxsi məlumatları toplayır və üçüncü tərəfləri şəxsi məlumatların toplanmasında bizə kömək etmək üçün cəlb edirik.
Şəxsi məlumatlar müxtəlif məqsədlərlə toplanır, məsələn:
Biz və cəlb etdiyimiz üçüncü tərəflər müəyyən vaxt sonra sizdən vebsaytlarımız vasitəsilə topladığımız məlumatları digər mənbələrdən əldə edilmiş məlumatlar ilə birləşdirə bilərik. Bu, bizə məlumatların dəqiqliyi və tamlığını artırmağa və həmçinin, sizinlə qarşılıqlı əlaqələrimizi daha yaxşı qurmağa kömək edir.
Əgər Cisco'ya üçüncü tərəfin şəxsi məlumatlarını (məsələn, ad, e-poçt və telefon nömrəsi) təmin etməyi seçsəniz, bunu etmək üçün üçüncü tərəfin icazəsinin olduğunu təsdiq edirsiniz. Məsələn, istinad materialının dosta göndərilməsi və ya iş üçün zəmanət məktubları.
Bəzi hallarda, Cisco avtomatik olaraq kukilər, veb jurnallar, veb mayaklar və digər bənzər proqramlar vasitəsilə verilənləri toplaya bilər. Bu məlumatlar istifadə rahatlığını, məhsuldarlığı və vesabytın səmərəliliyini anlamaq və artırmaq və sizin üçün uyğun kontent və ya təkliflər təmin etmək üçün istifadə edilir. Zəhmət olmasa, ətraflı məlumat üçün aşağıda "Kukilər və Digər Veb Texnologiyalar" bölməsini oxuyun.
Şəxsi məlumatlarınızı biznesimizi aparmaq, Həllərimizi təmin etmək, yaxşılaşdırmaq və fərdiləşdirmək, işimizlə əlaqəli marketinq və digər kommunikasiyaları göndərmək və ya müvafiq qanunvericiliyin icazə verdiyi digər qanuni məqsədlər üçün istifadə edə bilərik. Şəxsi məlumatlardan istifadə yollarına daxildir:
İstənilən vaxt kommunikasiya seçimlərinizi redaktə edə bilərsiniz. Aşağıda Seçimləriniz və Üstünlük Verdiyiniz Kommunikasiyaların Seçilməsi bölməsinə baxın.
Şəxsi məlumatlarınızı dəqiq və yenilənmiş saxlamaq üçün köməyinizə ehtiyacımız var. Şəxsi məlumatlarınızı və kommunikasiya seçimlərinizi yeniləmək üçün zəhmət olmasa, bizimlə əlaqə saxlayın. Bundan əlavə, şəxsi məlumatlarınıza onlayn baxmaq və ya redaktə etmək imkanınız var, o cümlədən:
Biz məlumatlarınıza daxil olmaq və ya səhv olduğu halda onları düzəltmək məqsədilə əsaslı sorğular göndərmək üçün bütün səylərimizi göstəririk. Verilənlərinizə daxil olmaq üçün sorğunuza 30 gün ərzində cavab veriləcək.
Bəzi Cisco müəssisələri zaman-zaman məlumat nəzarətçiləri hesab edilə bilər. Cisco müəssisəsi məlumat nəzarətçisi kimi çıxış edən zaman siz birbaşa həmin Cisco müəssisəsinə qarşı məlumatların qorunması haqqında müvafiq qanunlar çərçivəsində daxil olmaq və düzəlişlər və ya qeyri-aktivləşdirmə sorğusu vermək hüquqlarınızı tətbiq edə bilərsiniz.
Sizə Həllərimizi tamamlayan müxtəlif məlumatları qəbul etmək seçimi təqdim edilir. Kommunikasiya seçimlərinizi aşağıdakı metodlarla idarə edə bilərsiniz:
Bu seçimlər Həlli onun şərt və müddəalarına müvafiq olaraq ləğv edənə qədər mütəmadi olaraq qəbul edə biləcəyiniz müəyyən Həllərin bir hissəsi hesab edilən icbari xidmət kommunikasiyalarının qəbul edilməsinə tətbiq edilmir. Şəxsi məlumatlarınızı Cisco biznes partnyorları və ya təchizatçıları ilə paylaşa bilərik ki, onlar sizin üçün maraqlı ola biləcək məhsullar və ya xidmətlər haqqında məlumatlar paylaşa bilsin. Üçüncü tərəflər ilə onların marketinq məqsədləri üçün bu paylaşma seçimini ləğv etmək üçün buraya klikləyin.
Vebsaytlarımızı istifadə etməklə və ya şəxsi məlumatlarınızı bizə təqdim etməklə, vebsaytlardan istifadənizlə əlaqədar təhlükəsizlik, məxfilik və inzibati məsələlərlə bağlı sizinlə elekton şəkildə əlaqə saxlaya biləcəyimizi qəbul edirsiniz. Təhlükəsizlik sisteminə müdaxilə olunduğu barədə xəbər tutsaq, vebsaytlarımızda bildiriş dərc etməklə və ya sizə e-poçt göndərməklə sizi elektron şəkildə xəbərdar etməyə çalışa bilərik. Bu bildirişi yazılı şəkildə qəbul etmək hüququna sahib ola bilərsiniz. Təhlükəsizlik müdaxiləsi ilə bağlı elektron bildirişin qəbul edilməsi haqqında razılığınızı ləğv etmək üçün zəhmət olmasa, bizi xəbərdar edin.
Şəxsi məlumatlarınızı biznesimizi aparılmaq, Həllərimizi təmin etmək, yaxşılaşdırmaq və fərdiləşdirmək, işimizlə əlaqəli marketinq və digər kommunikasiyaları göndərmək və ya müvafiq qanunvericiliyin icazə verdiyi digər qanuni məqsədlər üçün paylaşa bilərik. Şəxsi məlumatları aşağıdakı yollarla paylaşa bilərik:
Bizə etibar edilmiş şəxsi məlumatları qorumaq və bu Məxfilik Bildirişinə müvafiq olaraq təhlükəsiz şəkildə idarə etmək niyyətindəyik. Cisco məlumatlarınızı icazəsiz girişdən, istifadədən və ya açıqlanmaqdan qorumağa kömək etmək üçün fiziki, inzibati və texniki qoruyucu vasitələr tətbiq edir. Biz həmçinin, təchizatçılarımızın bu cür məlumatları icazəsiz girişdən, istifadədən və açıqlanmadan qorumasını tələb edirik. Lakin, İnternetin 100% təhlükəsizliyinə zəmanət yoxdur və bizə təqdim etdiyiniz şəxsi məlumatların təhlükəsizliyini tam təmin edəcəyimizə dair zəmanət verə bilmərik.
Biz şəxsi məlumatlarınızı toplandığı məqsədləri yerinə yetirmək üçün lazımi qaydada saxlayacağıq. Biz şəxsi məlumatlarınızı hüquqi öhdəliklərimizi yerinə yetirmək, münaqişələri həll etmək və razılaşmalarımızı həyata keçirmək üçün lazımi qaydada saxlayacaq və istifadə edəcəyik.
Bir çox vebsayt kimi Cisco kukilər, daxilə yerləşdirilmiş veb keçidlər və veb mayaklar kimi avtomatik məlumat toplama alətlərindən istifadə edir. Bu alətlər baxış proqramının növü və vebsaytımıza keçdiyiniz vebsaytın ünvanı kimi baxış proqramınızın vebsaytımıza göndərdiyi standart məlumatları toplayır. Onlar həmçinn, aşağıdakılar haqqında məlumatları toplaya bilər:
Bu alətlər sizə fərdiləşdirilmiş təcrübə təqdim etməklə və geri qayıtdığınız zaman sizi tanımaqla vebsaytlarımıza girişinizi asanlaşdırır, daha səmərəli və daha dəyərli edir. Kukilər və interfeys elementləri kimi avtomatik məlumat toplama alətlərini necə istifadə etdiyimiz və bu alətlərlə əlaqəli seçimləriniz haqqında ətraflı məlumat üçün zəhmət olmasa, Kuki Siyasətimizə baxın.
Veb saytımızda interaktiv mini-proqramlar olan interfeys elementləri icra olunur ki, onlar başqa şirkətdən xüsusi xidmətləri (xəbərlər, rəylər, musiqi və s. göstərilməsi kimi) təmin etməyimizə imkan verir. Şəxsi məlumatlarınız, məsələn e-poçt ünvanınız, interfeys elementi vasitəsilə toplana bilər. Kukilər həmçinin interfeys elementi tərəfidən onun düzgün işləməsinə imkan yaratmaq üçün də quraşdırıla bilər. Bu interfeys elementi tərəfindən toplanan məlumatlara onu yaradan şirkətin məxfilik siyasətinə əsasən nəzarət olunur. İnterfeys elementimiz kontaktlarınıza e-poçt göndərməyə imkan yaradan kontaktların idxalı xüsusuiyyətinə malik ola bilər. Sizin sorğunuza əsasən, kontaktlarınızı veb saytımıza idxal etməyə imkan yaratmaq üçün e-poçt ünvanı kitabçanızda axtarış edə bilərik.
Bəzi veb baxış proqramları daxil olduğunuz vebsaytlara onlayn fəaliyyətlərinizin izlənilməsini istəmədiyinizi bildirən siqnallar göndərən "izləməyin“ xüsusiyyətini aktivləşdirmək imkanı verə bilər. Bu kukilərin bloklanması və ya silinməsindən fərqlidir, çünki "izləməyin“ xüsusiyyəti aktivləşdirilmiş baxış proqramları yenə də kukilər qəbul edə bilər. Hal-hazırda şirkətlərin "izləməyin“ siqnallarına necə cavab verməli olduğu ilə bağlı sənaye standartı mövcud deyil, lakin gələcəkdə belə bir standart yaradıla bilər. Hal-hazırda biz "izləməyin“ siqnllarına cavab vermirik. Əgər gələcəkdə bunu etsək, bunun qaydası Məxfilik Bildirişində təsvir ediləcək. "İzləməyin" haqqında ətraflı məlumat əldə edin.
Biz nəzarət etmədiyimiz və bu Məxfilik Bildirişinin əhatə etmədiyi digər üçüncü tərəf vebsaytlarına və xidmətlərinə keçidlər təmin edə bilərik. Biz daxil olduğunuz həmin vebsaytlarda (və bütün vebsaytlarda) dərc edilmiş məxfilik bildirişlərini nəzərdən keçirməyinizi tövsiyə edirik.
Əgər hər hansı Cisco vebsaytında təşkil edilmiş forumda və ya çat otağında müzakirədə iştirak edirsinizsə, orada təmin etdiyiniz məlumatların başqalarına açıq şəkildə yayılacağını və sizinlə əlaqə saxlamaq, arzuolunmaz mesajlar göndərmək və ya nə sizin, nə də Cisco-nun nəzarətində olmayan məqsədlər üçün istifadə edilə biləcəyini bilməlisiniz. Həmçinin, bilin ki, ayrı-ayrı forumların və çat otaqlarının əlavə qayda və şərtləri ola bilər. Cisco bu forumlarda təqdim etdiyiniz şəxsi və ya digər məlumatlar üçün məsuliyyət daşımır.
Cisco valideynləri və qəyyumları uşaqların onlayn fəaliyyətlərində fəal iştiraka dəvət edir. Cisco müvafiq valideyn və ya qəyyumun razılığı olmadan uşaqlardan bilərəkdən şəxsi məlumatlar toplamır. Əgər valideyn və ya qəyyumun razılığı olmadan ölkənizdə razılıq vermək üçün müəyyən edilmiş yaşa çatmamış uşaqlardan şəxsi məlumat topladığımıza inanırsınızsa, Bizimlə Əlaqə bölməsində təsvir edilmiş yollarla bizə məlumat verin və biz dərhal məsələni araşdıraq və lazımi tədbirləri görək.
Cisco qlobal təşkilat olduğuna görə, biz şəxsi məlumatlarınızı yuxarıda təsvir edildiyi kimi Amerika Birləşmiş Ştatlarında yerləşən Cisco şirkətinə, Cisco-nun dünyadakı istənilən alt şirkətinə və ya üçüncü tərəflərə və biznes partnyorlarına ötürə bilərik. Vebsaytlarımızdan və Həllərimizdən istifadə etməklə və ya bizə hər hansı şəxsi məlumat təmin etməklə, məlumatların qorunması standartlarının fərqli ola biləcəyi yaşadığınız ölkədən kənarda bu cür məlumatları ötürməyə, işləməyə və saxlamağa razılıq verirsiniz.
Cisco bir neçə yolla şəxsi məlumarların qlobal ötürülməsini təmin edir və qoruyur. Cisco əvvəllər Avropa İttifaqı ölkələri və İsveçrədən şəxsi məlumatların toplanması, istifadəsi və saxlanması ilə bağlı ABŞ Ticarət Departamentinin hazırladığı ABŞ-İsveçrə Təhlükəsiz Mərkəz çərçivəsi və ABŞ-Aİ Təhlükəsiz Mərkəz çərçivəsi əsasında sertifikatlaşdırıldığına baxmayaraq, Aİ qanunlarına riayət etmək məqsədilə Təhlükəsiz Mərkəz çərçivəsinə arxalanmır. Cisco bildiriş, seçim, ötürmə, təhlükəsizlik, məlumatların bütövlüyü, giriş və mühafizə kimi Təhlükəsiz Mərkəz Məxfilik Prinsiplərinə əməl etdiyini təsdiqləmişdir. Təhlükəsiz Mərkəz proqramı haqqında ətraflı məlumat əldə etmək və Cisco-nun sertifikatına nəzər yetirmək üçün zəhmət olmasa, Təhlükəsiz Mərkəzin saytına http://www.export.gov/safeharbor/ ünvanında baş çəkin. Avropa Ədalət Məhkəməsinin Təhlükəsiz Mərkəzin etibarlılığı ilə bağlı 6 Oktyabr 2015-ci il qərarına uyğun olaraq və əlaqəli tənzimləyici qanunlar çərçivəsində Cisco zaman-zaman müvafiq tənzimləyici orqanların təsdiqlədiyi digər çərçivələrdə iştirak edə bilər.
Kaliforniya Ştatının sakinləri, Kaliforniya Mülki Məcəlləsinin § 1798.83 maddəsi çərçivəsində Kaliforniyada fəaliyyət göstərən şirkətlərdən şirkətin əvvəlki ildə birbaşa marketinq məqsədləri üçün şəxsi məlumatları açıqladığı bütün üçüncü tərəflərin siyahısnı tələb etmək hüququna malikdir. Alternativ olaraq, qanunda bildirilir ki, əgər şirkətin məxfilik siyasətində marketinq məqsədləri üçün üçüncü tərəflərin (məsələn, reklamçılar) şəxsi məlumatlarınızı istifadə etməsinə razılaşmaq və ya razılaşmamaq kimi seçim imkanı nəzərdə tutulubsa, şirkət bunun əvəzinə sizə bu seçimlərdən necə istifadə edəcəyinizə dair məlumat təmin edə bilər.
Cisco alternativ seçim imkanı təmin edir. Biz hərtərəfli məxfilik bildirişinə sahibik və sizi birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərin şəxsi məlumatlarınızı istifadə etməsinə necə razılıq verə və ya imtina edə biləcəyiniz ilə bağlı təfərrüatlar ilə təmin edirik. Buna görə də əvvəlki ildə marketinq məqsədləri üçün şəxsi məlumatlarınızın verildiyi üçüncü tərəflərin siyahısını təmin etməyə və ya açıqlamaya bilərik.
Əgər Kaliforniya sakinizsinizsə və üçüncü tərəfə açıqlama seçimlərinizi necə istifadə edəcəyiniz haqqında məlumat tələb edirsinizsə, zəhmət olmasa, sorğunuzu bizə e-poçtla göndərin.
Fikirlərinizə dəyər veririk. Bu Məxfilik Bildirişi ilə bağlı sualınız və ya şərhiniz olarsa, məxfilik komandamıza e-poçt göndərin.
Bu Məxfilik Bildirişini vaxtaşırı yeniləyə bilərik. Məxfilik Bildirişimizə düzəlişlər etsək, düzəliş edilmiş versiyanı yenilənmiş düzəliş tarixi ilə burada dərc edəcəyik. Düzəlişlərdən xəbər tutmaq və onları oxumaq üçün bu səhifələrə mütmadi qaydada baş çəkməyə razılıq verirsiniz. Məxfilik Bildirişimizə maddi dəyişikliklər etsək, dəyişikliklər qüvvəyə minməzdən əvvəl başqa yollarla sizə xəbərdarlıq göndərə bilərik, məsələn, vebsaytlarımızda bildiriş dərc edərək və ya sizə bildiriş göndərərək. Belə düzəlişlər qüvvəyə mindikdən sonra vebsaytımızı istifadə etməyə davam etsəniz, bu düzəlişləri qəbul etmiş və onlara əməl etməyə razılıq vermiş sayılacaqsınız.
Bura klikləyərək məxfilik bildirişinin əvvəlki versiyasına baxa bilərsiniz.