Hesabınız var?

  •   Fərdiləşdirilmiş məzmun
  •   Məhsullarınız və dəstək

Hesaba ehtiyacınız var?

Hesab yarat

Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti

1. Predmeti

Cisco İşçilərinin, Müştərilərinin, Biznes Partnyorlarının və digər təyin edilə bilən şəxslərin Şəxsi Məlumatlarının məxfiliyinin qorunmasını öhdəsinə götürüb. Buna görə, Cisco Şəxsi Məlumatların toplanması, istifadə edilməsi, yayılması, saxlanması, təhlükəsizliyinin təmin edilməsi, əldə edilməsi, ötürülməsi yaxud başqa cür işlənməsini təşkil etmək və yüksək səviyyədə saxlamaq üçün qlobal məlumat qorunması və məxfilik proqramını həyata keçirdi. Bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti həmin məlumat qorunması və məxfilik proqramının əsasını təşkil edir və o, Cisco-nun dünyanın istənilən yerində Şəxsi Məlumatları emalı etməsi zaman ortaya qoyduğu yanaşmanı əks etdirir.

2. Ümumi Məsələlər

Cisco-da və onun şöbələrində çalışan hər kəs - müqavilə ilə işləyən işçilər, məsləhətçilər, müvəqqəti və digər işçilər bu siyasətə əməl etməlidirlər. Bura həmçinin, mərkəzi Cisco-nun içərisində yaxud kənarda olan bulud əsaslı xidmətlər də daxil olmaqla, istənilən müvafiq Cisco resurslarını əldə edə bilən və üçüncü tərəflərlə əlaqədə olan bütün işçilər daxildirlər.

Bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti elektron formada yaxud əllə həyata keçirilməsindən (yəni, yazılı şəkildə, kağız yaxud analoji şəklində) asılı olmayaraq, dünyanın hər yerində Cisco tərəfindən Şəxsi Məlumatların işlənməsi zamanı tətbiq edilir. Bütün Cisco qurumları və Cisco işçiləri bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinə əməl etməlidirlər.

Xüsusi olaraq İnsan Resursları və Biznes üzrə Şəxsi Məlumatları diqqətə alaraq, bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinə Cisco-nun İR üzrə Qlobal Məlumat Qorunması Siyasəti və Cisco-nun Biznes üzrə Məlumat Qorunması və Məxfilik Siyasəti də əlavə edilmişdir. Bu daxili siyasət sənədləri mövcud Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinin müvafiq olaraq İR və Biznes üzrə Şəxsi Məlumatlarda necə nəzərə alındığını daha ətraflı əks etdirilər və Cisco İşçilərini Şəxsi Məlumatlardan düzgün istifadə etmələri üçün məlumatlandırırlar.

Bu Siyasət Cisco üçün yaxud onun tərəfindən yaradılmış, toplanmış, işlənmiş, istifadə edilmiş, paylaşılmış yaxud məhv edilmiş bütün Şəxsi Məlumatlara şamil edilir.

3. Siyasət Bəyannaməsi (Bəyannamələri)

3.1 Şəxsi Məlumatların İşlənməsi üçün Müvafiq Təhlükəsizlik Tədbirləri

İR üzrə Qlobal Məlumat Qorunması Siyasəti və Biznes üzrə Məlumat Qorunması və Məxfilik Siyasəti ilə birlikdə bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti həmçinin, Cisco-ya etibar edilmiş və belə mühafizə tələb edən ölkələrdən daxil olmuş Şəxsi Məlumatları müvafiq təhlükəsizlik tədbirləri ilə təmin etməyi nəzərdə tutur. Bu, özünün daxili biznes proseslərinin həyata keçirilməsinə imkan verərək və onları dəstəkləyərək yaxud xidmətlərin və məhsulun funksionallığına imkan verərək Cisco-ya Şəxsi Məlumatları dünyanın lazım olan istənilən yerinə ötürməsinə imkan verilməsi üçündür. Buna nail olmaq üçün, hər bir İR üzrə Qlobal Məlumat Qorunması Siyasəti , AİB İR üzrə Məlumat Qorunması Siyasəti və Biznes üzrə Məlumat Qorunması və Məxfilik Siyasəti Avropa Məlumat Mühafizəsi Qanunu, Amerikanın, ASOİƏ və digər ölkələrin yaxud bölgələrin məlumat qoruma qanunu yaxud tələblərinin fərqli olduğu və tətbiq edildiyi hallarda əlavə müəyyən öhdəlikləri və qanuni hüquqları əks etdirir

3.2 Qüvvədə olan qanunvericiliklə uyğunluq

Cisco dünyanın hər yerində yerli müvafiq məlumat qorunması qanunları və tələblərinə uyğunluq nümayiş etdirəcək.

Müvafiq məlumat qorunması qanunları bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinin təmin etdiyindən daha yüksək standartlara uyğun qoruma tələb etdiyi halda, müvafiq məlumat qorunması qanunlarının tələblərinə üstünlük veriləcək. Müvafiq məlumat qorunması qanunları bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinin təmin etdiyindən daha aşağı standartlara uyğun qoruma tələb etdiyi halda, bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinə üstünlük veriləcək.

Cisco İşçilərinin, müvafiq qanunun Cisco-nu bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti üzrə öhdəliklərini yerinə yetirməyə mane olduğunu hesab etdikləri halda, onlar dərhal Qlobal Məxfilik Ofisi – privacy@cisco.com və/və ya Cisco Hüquq xidmətini – generalcounsel@cisco.com məlumatlandırmalıdırlar. Müvafiq qanun ilə bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti arasında uyğunsuzluq yarandığı halda, Məxfilik üzrə Direktor və Cisco Hüquq xidməti belə problemi həll etmək üçün lazımi qərar qəbul edəcək və onlar, ehtiyac olduğu halda müvafiq tənzimləyici dövlət qurumu ilə məsləhətləşəcəklər.

 

3.3 Məxfilik Prinsipləri

Aşağıdakılar Cisco-nun Şəxsi Məlumatların toplanması, istifadə edilməsi, yayılması, saxlanması, təhlükəsizliyinin təmin edilməsi, əldə edilməsi, ötürülməsi yaxud başqa cür işlənməsi üzrə yüksək səviyyəli prinsiplərinin əsasını təşkil edirlər.

  • Ədalət

  • Cisco Şəxsi Məlumatları qanuna uyğun, ədalətli və şəffaf şəkildə emal edəcək.

  • Predmetin Sərhədləri

  • Cisco Şəxsi məlumatları yalnız xüsusi, aydın göstərilmiş və qanunauyğun məqsəd(lər) üçün toplayacaq. Məlumatın bundan sonrakı hər cür emalı bu məqsəd(lər)ə uyğun olmalıdır (Cisco şəxsin razılığını almış olduğu yaxud emaletməyə qanunla icazə verilməsi halları istisna olmaqla).

  • Proporsionallıq

  • Cisco yalnız adekvat, müvafiq və emal edilmiş olduğu məqsəd(lər) üçün artıq olmayan Şəxsi Məlumatları emal edəcək.

  • Məlumat Düzgünlüyü

  • Cisco Şəxsi Məlumatları emal edilmə məqsəd(lər)i üçün zəruri olan şəkildə dəqiq, tam və yenilənmiş halda olaraq saxlayacaq.

  • Məlumatın Saxlanması

  • Cisco Şəxsi Məlumatları konkret şəxsin təyin edilməsi üçün lazım olduğu qədər və müddətdə, bu Məlumatların əldə edilmiş olduğu bu və ya digər icazə verilmiş məqsəd(lər)ə çatmaq üçün lazım olan formada saxlayacaq.

  • Məlumatların Təhlükəsizliyi

  • Cisco Şəxsi Məlumatların təsadüfən yaxud qeyri-qanuni yolla məhv edilməsi və ya təsadüfən itirilməsi, dəyişdirilməsi, səlahiyyətsiz olaraq yayılması, istifadə edilməsi yaxud əldə edilməsinə qarşı qorunması üçün, müvafiq və əsaslandırılmış texniki və təşkilati tədbirlər həyata keçirəcək. Cisco onun adından Şəxsi Məlumatları emal edən üçüncü tərəfləri (əgər varsa) təlimatlandıracaq və razılaşmaya görə tələb edəcək ki, onlar: (a) məlumatları yalnız Cisco-nun emal məqsəd(lər)inə zidd olmayan məqsədlər üçün işləsinlər və (b) Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müvafiq texniki və təşkilati tədbirlər həyata keçirsinlər.

  • Şəxsi Hüquqlar

  • Cisco Şəxsi Məlumatları müvafiq məlumat qorunması qanunlarına uyğun olaraq və şəxsi hüquqlara hörmətlə yanaşılacaq şəkildə emal edəcək.

  • Məsuliyyət

  • Cisco, onun tərəfindən Şəxsi Məlumatların işlənməsinin bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinə və müvafiq məlumat qorunması qanunlarına uyğun olduğunu nümayiş etdirmək imkanı əldə etmək üçün zəruri siyasətlər, proseslər, nəzarətlər və digər lazım olan tədbirlər həyata keçirəcək.

3.4 Bu Siyasətin Yenilənməsi

Cisco, bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti də daxil olmaqla, vaxtaşırı olaraq özünün məlumat qorunması prinsiplərini, siyasətlərini və prosedurlarını nəzərdən keçirə bilər və onlarda düzəlişlər edə bilər. Hər hansı ciddi dəyişiklik edilmiş olduğu halda Cisco:

  • Bütün Cisco qurumlarını, İşçilərini, İşgüzar Partnyorlarını və düzəlişlərin təsir edəcəyi digər subyektləri məlumatlandırmaq üçün ciddi addımlar atacaq; və
  • Tələbə uyğun olaraq həm daxili və həm də xarici uyğun veb-səhifələrində edilmiş dəyişikliklərlə əlaqəli müvafiq bildirişlər göndərəcək.

4. Siyasətə Uyğunluq

Cisco, bütün Cisco İşçilərinin bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinə əməl etmələrini təmin etmək üçün öhdəlik götürüb. Cisco İşçiləri bu Qlobal Siyasətə əməl etməlidirlər. Siyasətə əməl etmə tələbləri aşağıdakılardan ibarətdir:

4.1 Uyğunluğun Qüvvəyə Minmə Tarixi

Bu Siyasət təsdiq edildiyi gündən qüvvədədir.

4.2 Tələblərin Yerinə Yetirilməsini Təmin Edən Tədbirlər

Bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasəti tələblərinin təmin edilməsi mövcud biznes vasitələrdən edilən hesabatlar, daxili və xarici auditlər, özünüdəyərləndirmə və/və yavə ya siyasət sahib(lər)inə verilən rəy də daxil olmaqla müxtəlif yollarla yoxlanılır. Cisco özünün bu Siyasətə uyğunluğunu müntəzəm olaraq nəzarətdə saxlayacaq. Cisco vaxtaşırı olaraq bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətinin müvafiq məlumat qorunması qanunlarına uyğun olduğunu və onların tələblərinə cavab verdiyini yoxlayacaq.

4.3 İstisna Halları

Bu Qlobal Şəxsi Məlumatların Qorunması və Məxfilik Siyasətində yer alacaq bütün istisna halları Məxfilik üzrə Direktorun və Cisco Hüquq Xidmətinin yazılı icazəsi ilə ola bilərlər.

İstisnalar haqqında edilmiş bütün qeydlər Cisco Qeydləri İdarəetmə Prosesinə uyğun olaraq kiminsə noutbukunda deyil, arxivdə saxlanmalıdır.

4.4 Siyasətə Əməl etməmə

Cisco siyasətlərinə əməl etmək tələb olunur. Prosesi, sistemi yaxud məlumatları diqqətə almayaraq yaxud onları qəsdən manipulyasiya edərək adıkeçən siyasətdən/prosesdən yayınma halları daxil olmaqla, bu siyasətdən kənaraçıxmalar yaxud ona əməl etməmə inzibati ölçülərin götürülməsinə, o cümlədən, yerli qanunların imkan verdiyi halda ona xitam verilməsinə gətirib çıxara bilər.

Bəzi ölkələrdə, Şəxsi Məlumatları qorumaq üçün nəzərdə tutulmuş qanun pozuntuları inzibati sanksiyalara, cərimələrə, təzminat iddialarına yaxud təminedici ölçülərin götürülməsinə və/və ya mülki və ya hüquqi məsuliyyətə cəlb olunmağa səbəb ola bilərlər.

5. Əlaqədar Siyasətlər və Proseslər

Cisco Onlayn Məxfilik Bildirişi

Cisco-nun Korporativ Davranış Kodeksi

6. Dəstəkləyici Sənədlər

Cisco-nun İR üzrə Qlobal Məlumat Qorunması Siyasəti

Cisco-nun Biznes üzrə Məlumat Qorunması və Məxfilik Siyasəti

7. Təriflər

Bu sənəddə aşağıdakı termin və təriflərdən istifadə eilib.

 

Cisco Cisco Systems, Inc. və onun dünya üzrə olan filialları.
Şəxsi Məlumatlar Şəxsiyyəti təyin edilmiş yaxud təyin edilə bilən istənilən fiziki şəxs (“məlumat subyekti”); şəxsiyyəti təyin edilə bilən fiziki şəxs birbaşa yaxud dolayı yolla, o cümlədən ad, eyniləşdirmə nömrəsi, olduğu yer barədə məlumat, onlayn eyniləşdirici yaxud həmin yaşayan fiziki şəxsin fiziki, psixoloji, irsi, psixi, iqtisadi, mədəni və ya ictimai identikliyi üçün səciyyəvi olan bir və ya bir neçə amilin xüsusiyyətləri nəzərə alınmaqla təyin edilə bilən şəxsdir.
İR üzrə Fərdi Məlumatlar Cisco tərəfindən işlə məşğulluq kontekstində emal edilən Şəxsi Məlumatlar.
Biznes üzrə Şəxsi Məlumatlar Cisco tərəfindən biznes kontekstində emal edilən, İR üzrə olmayan Şəxsi Məlumatlar.
Avropa Məlumatların Qorunması Qanunu AB Məlumatların Qorunmas Direktivi 95/46/EC və Məxfilik, Elektron Rabitə Vasitələri Direktivi 2002/58/EC və onlara mütləq hüquqi dəstək olan daha sonrakı yaxud əvəzedici qanunvericilik və normativ aktları, o cümlədən Məlumat Qorunmasının Ümumi Qaydaları (2016/679)da daxil olmaqla bütün qanun və qaydalar.
Cisco İşçisi Daimi işçilər və müqavilə ilə işləyən işçilər, məsləhətçilər və təcrübə keçənlər daxil olmaqla, pul qazanmaq üçün Cisco-ya şəxsi xidmətlər göstərən insan.
AİB Avropa İqtisadi Birliyi
ASOİƏ Asiya Sakit Okean İqtisadi Əməkdaşlığı

Sorry, no results matched your search criteria(s). Please try again.