Yanvar ayının 31-nə qədər Cisco BE6000 alışı zamanı xüsusi təklif

25 nəfər və daha çox əməkdaşı olan şirkətlər üçün yalnız sizə lazım olan tətbiqlərdən ibarət vahid həll: IP telefoniya, videoəlaqə, mobil iş üçün proqramlar, konfrans-əlaqə, əlaqə mərkəzi. BE6000 əldə edərək siz danışıqlar üçün digər ofislərə uzun səfərləri unudacaq, əməkdaşlarınız, partnyorlarınız və müştəriləriniz ilə ünsiyyətin effektivliyini artıracaq və kommunikasiya sistemlərinin optimallaşdırılması və dəstəyi üçün xərcləri minimallaşdıracaqsınız.

Elə indicə konsultasiyaya yazılın.

Bizim mütəxəssislərimiz bütün suallarınızı cavablandıracaq.

Cisco BE6000 bazası üzərində infrastrukturun qurulması

Cisco BE6000 kommunikasiya mərkəzinin əsası- Cisco UCS series –tam yüklənmə rejimində belə bütün virtual maşınları dəstəkləyə biləcək qədər güclü çoxporsessorlu server platformasıdır. Server üzərində VMWare virtualizasiya vasitəsilə şəxsi Əməliyyat Sisteminin idarəsi altında xidmətlər istifadəyə verilir.

IP telefoniya

IP telefoniya (və ya Unified Communications Manager xidməti) Cisco BE6000 həllinin tərkibində koorporativ telefoniya sisteminin nüvəsini təşkil edir. Tətbiq, analoq telefon rabitəsi cihazlarını, IP telefonları, mobil qurğuları, eləcə də VoIP şlyuzları vahid sistemdə tənzimləməyə və birləşdirməyə imkan yaradır.

Unified Communications Manager aşağıdakı funksiyaları özündə birləşdirir:

  • Səsli poçt dəstəyi, əlaqə mərkəzinin tənzimlənməsi, konfransların təşkil edilməsi.
  • Əməkdaşların mobil qurğularının ofis xaricində belə istənilən vaxt və yerdə dəstəklənməsi üçün quraşdırılması.
  • Telefoniyanın monitorinq və idarə olunması üçün vasitələr toplusu: analiz, filtrləmə, yönləndirmə və zənglərin istiqamətləndirilməsi.

Videoəlaqə

Videoəlaqə sizə ofisinizdə oturaraq ofisdən kənar işləyən işçilərinizlə vacib görüşlərin keçirilməsi, partnyor və müştərilərinizlə qərarların tez bir zamanda qəbul edilməsinə və uğurlu kommunikasiyanın qurulmasına şərait yaradır. Cisco TelePresence Video Communication Server həlli şirkətiniz daxilində əlaqənin sabitliyinə və etibarlılığına zəmanət verir. BE6000 dünyada qəbul olunmuş SİP və H.323 kimi ümumi standartları dəstəkləyir və beləliklə siz, asanlıqla partnyorlarınıza və müştərilərinizə zəng edə biləcəksiniz.

Mobil iş

İşçilərinizlə günün istənilən vaxtı əlaqədə olun - dünyanın istənilən yerində təhlükəsiz əlaqə üçün 2 universal tətbiq - Cisco Jabber və Cisco WebEx istifadə edin. Bu vahid əlaqə vasitəsi adətən ezamiyyətdə olan, iş yerindən və ofisdən kənar işləyən əməkdaşlarınızı birləşdirəcək. Bu tətbiqlərin etibarlı və tamamilə sadə işini Cisco BE6000 həllinə inteqrasiya edilmiş aşağıdakı qabaqcıl xidmətlər təmin edir:

  • Cisco Unified Communications Manager - isçilərin mobil qurğularının kommunikasiya şəbəkəsinə inteqrasiyasını təmin etməklə sistemin nüvəsi rolunu daşıyır.
  • Cisco Expressway — TLS protokolu vasitəsilə ofis kənarı əlaqələr üçün təhlükəsiz kanalın qurulması xidmətidir.
  • Cisco Unified Presence — həmkarlarınızla sürətli informasiya mübadiləsini imkanı yaradır.
  • Cisco Unified Mobility — ofis telefonunuza daxil olan zənglərə istənilən şəxsi qurğudan cavab verməyə imkan verir.

Konfrans-əlaqə

Vacib təlim və iclaslarınızı ofisdə əyləşərək və BE6000 Cisco TelePresence Video Communication Server vasitəsilə etibarlı konfrans-əlaqə istifadə edərək keçirin.

  • Təkcə şirkətinizin əməkdaşları deyil, eyni zamanda müştəri və partnyorlarınızla əlaqə yaradın. SİP və H.323 protokollarına dəstək IP əlaqə üçün bütün qurğularla uyğunluğa zəmanət verir.
  • Ötürülən məlumarların etibarlılığı və təhlükəsizliyinə JITC Amerika Dövlət Hərbi texnologiyaların Test Mərkəzi və TLS protokolu tərəfindən zəmanət verilir.
  • Əlaqənin kəsilməsi halı istisnadır- Stabil siqnal üçün ayrılmış internet kanal fasiləsiz video ötürülməsini təmin edir.

Əlaqə mərkəzi

Saat kimi işləyən proqram təminatı ilə maksimal effektivlik göstərən əlaqə mərkəzini istifadəyə verin. Cisco Unified Contact Center Express 10-dan 400-ə qədər əlaqə mərkəzi operatorlarına xidmət göstərir və şirkət işçilərinin məhsuldarlığının artırılmasını hədəfləyir.

Üstünlüklər:

  • Cisco Finesse tətbiqi operatorların müştərilərlə işlədiyi, əlaqə mərkəzi interfeysinə sürətli keçidi təmin edən və növbəti funksiyaları özünə daxil edən rahat tətbiqdir: zənglərin idarə olunması, bir neçə xəttin dəstəklənməsi, elektron poçt, telefon sorğusu və s.
  • Cari müştərilə bütün fəaliyyət operatora məlumdur: müştəri əvvəllər neçə dəfə və necə şirkətlə əlaqə saxlayıb (sifarişlərin sayı, müraciət tarixləri, texniki detalların çatda dəqiqləşdirilməsi və s.).
  • Ofis xərclərinə qənaət edin-operatorlar evdən də işləyə bilərlər! Virtual iş yerinə ofiskənarı keçidi və telefona daxil olan zənglərə cavab vermə funskiyasını tənzimləmək kifayətdir. Cisco Jabber, Extend və Connect funksiyaları aktivləşdirildiyi halda daxil olan zəngləri idarə edir.

BE6000 həllini bu gün tətbiq edin və sabah sizin aşağıdakı imkanlarınız olacaq:

  • Müştəri/partnyor/həmkarlarınızla işin effektiviliyini artırmaq;
  • Hər gün işçilərinizin iş vaxtını 1 saatadək azaltmaq;
  • İstismar xərclərini azaltmaq;
  • Ezamiyyət xərclərini azaltmaq;
  • Əməkdaşların daha yüksək keyfiyyətdə qarşılıqlı ünsiyyəti sayəsində problemlərin həllini operativ şəkildə tapmaq;
  • Layihələrin həyata keçirilmə dövrünü azaltmaq;

Videoya baxın və biznesiniz üçün Cisco Business Edition 6000 həllinin istifadəsinin faydalarını qiymətləndirin.

Cisco BE6000 həllinin rəqabətədavamlı üstünlükləri:

  • Sadə inteqrasiya
  • Rahat istifadə
  • Problemə davamlılıq
  • Miqyasa uyğunlaşdırıla bilən

Növbəti videoda BE6000 həllinin qısa icmalını nəzərdən keçirin.