Guest

Cisco Onlayn Məxfilik Bildirişi Xülasəsi

file

Etibar və Şəffaflıq Mərkəzi

Cisco müştərilərimiz, məhsullarımız və şirkətimiz üçün güclü müdafiə təmin etmə öhdəliyini öz üzərinə götürmüşdür. Biz etibarın yaradılmasına və qorunmasına, riskin azaldılmasına və sadəcə olaraq, düzgün olanı etməyə inanırıq.

Cisco Onlayn Məxfilik Bildirişi və bu xülasə Bildirişlə əlaqələndirilmiş Cisco vebsaytları və alt şirkətlərimizin vebsaytlarına tətbiq olunur.

Cisco şəxsi məlumatlarınıza hörmətlə yanaşır və onları qoruyur. Məxfilik bildirişlərimiz şəxsi məlumatların idarə edilməsi üzrə cari qlobal prinsiplər və standartları əks etdirir məlumatların istifadəsi, məlumatlara giriş və onların bütövlüyü, təhlükəsizliyi, ötürülməsi və tətbiqi/nəzarəti üzrə seçim və bildiriş. Aşağıda Onlayn Məxfilik Bildirişimizdən bəzi sitatlar verilmişdir.

Şəxsi Məlumat

  • Biz şəxsi məlumatları müxtəlif səbəblər üçün toplayırıq, məsələn, sifarişlərinizin işlənməsi, sizə xəbər bülleteni abunəliyi təmin etmək, marketinq kommunikasiyaları göndərmək, təcrübənizi fərdiləşdirmək və ya iş müraciəti ilə bağlı.
  • Şəxsi məlumatlarınızı toplayarkən onları toplama məqsədimizi sizə bildirəcəyik və onları toplandığı məqsədlər üçün və ya qanunlar və ya hüquqi proseslərin tələb etdiyi qaydada saxlayacağıq.
  • Məlumatların dəqiqliyi və tamlığını artırmağa və həmçinin, sizinlə qarşılıqlı əlaqələrimizi daha yaxşı qurmağa kömək məqsədilə sizdən topladığımız məlumatları başqa mənbələrdən əldə edilən məlumatlarla birləşdirə bilərik.
  • Həmçinin, kukilər kimi müxtəlif texnologiyalar vasitəsilə vebsaytlarımızdan istifadənizlə bağlı məlumatları toplaya bilərik.

Məlumatların İstifadəsinə dair Seçiminiz və Bildiriş

  • Şəxsi məlumatlarınızı onların toplandığı məqsəd üçün istifadə edəcəyik və əvvəlcə sizdən icazə almadan başqa məqsədlər üçün istifadə etməyəcəyik.
  • Şəxsi məlumatlarınızı təmin etdiyiniz məqsəddən və ya Onlayn Məxfilik Bildirişimizdə qeyd edilən məqsəddən başqa məqsədlər üçün üçüncü tərəflərlə paylaşmaq istədikdə, sizdən icazə alacağıq.
  • Vebsaytlarımızdan istifadənizlə bağlı məlumatlar üçün baxış proqramınızda kukiləri qeyri-aktiv edə bilərsiniz.

Məlumatlara Giriş və Onların Bütövlüyü

  • Şəxsi məlumatlarınızı və kommunikasiya seçiminizi yeniləmək üçün privacy@cisco.com ünvanı ilə əlaqə saxlayın və ya müəyyən məhsul və ya xidmətin veb saytına baş çəkin.

Məlumatların Təhlükəsizliyi

  • Şəxsi məlumatlarınızı icazəsiz istifadədən və ya açıqlanmaqdan qoruyuruq.

Məlumatların Ötürülməsi

  • Qlobal şirkət olaraq, şəxsi məlumatlarınızı Amerika Birləşmiş Ştatlarında yerləşən Cisco şirkətinə, Cisco-nun dünyadakı istənilən alt şirkətinə və ya məlumatın toplandığı ölkənin xaricində yerləşən və bizim adımızdan fəaliyyət göstərən üçüncü tərəflərə ötürə bilərik və bu yerlərdə məlumat qorunması standartları fərqli ola bilər.
  • Üçüncü tərəflər məlumatları bizim tələb etdiyimiz səviyyədə qorumağa söz vermədiyi təqdirdə, şəxsi məlumatlarınızı həmin üçüncü tərəflərə ötürmürük.

Vacib Məlumat

  • Biz məxfilik siyasətlərinə və məlumatların qorunması təcrübələrinə təkcə qanunlara əməl etmək üçün deyil, həm də Cisco şirkəti olaraq etibar və əminlik qazanmaq üçün riayət edirik.
  • Cisco əvvəllər Avropa İttifaqı ölkələri və İsveçrədən şəxsi məlumatların toplanması, istifadəsi və saxlanması ilə bağlı ABŞ Ticarət Departamentinin hazırladığı ABŞ-İsveçrə Təhlükəsiz Mərkəz çərçivəsi və ABŞ-Aİ Təhlükəsiz Mərkəz çərçivəsi əsasında sertifikatlaşdırıldığına baxmayaraq, Aİ qanunlarına riayət etmək məqsədilə Təhlükəsiz Mərkəz çərçivəsinə arxalanmır. Cisco bildiriş, seçim, ötürmə, təhlükəsizlik, məlumatların bütövlüyü, giriş və mühafizə kimi Təhlükəsiz Mərkəz Məxfilik Prinsiplərinə əməl etdiyini təsdiqləmişdir. Avropa Ədalət Məhkəməsinin Təhlükəsiz Mərkəzin etibarlılığı ilə bağlı 6 Oktyabr 2015-ci il qərarına uyğun olaraq və əlaqəli tənzimləyici qanunlar çərçivəsində Cisco zaman-zaman müvafiq tənzimləyici orqanların təsdiqlədiyi digər çərçivələrdə iştirak edə bilər.

İstinadlar

Məxfilik təcrübələrimiz barədə ətraflı məlumat üçün Cisco Onlayn Məxfilik Bildirişinin tam versiyasına baxın.

Son yenilənmə tarixi: Mart 2016

Məxfilik Bildirişi

Tam Versiya



Bizimlə necə əlaqə saxlamalı

Epoçt:: privacy@cisco.com

Poçt: Cisco Systems, Inc.
Hüquq Şöbəsi
170 West Tasman Dr.
San Jose, CA 95134 USA