Guest

Avtomatik Məlumat Toplama Alətləri (Kukilər və s.)

Cisco'da Kuki və Digər İzləmə Texnologiyalarının istifadə yolları

Xidmətlərimizi həyata keçirmək, onların istifadə yollarını anlamaq və reklam məqsədilə xidmətlərimizdə (veb sayt, mobil tətbiq və e-poçt kommunikasiyaları, birlikdə "Xidmətlər" adlanır) kuki və digər cihaz identifikasiyası texnologiyalarından ("kukilərdən") istifadə edilir. İstifadə etdiyimiz kukilərin növləri, onların nə üçün istifadə olunduğu və kuki seçimlərinizin istifadəsi barədə ətraflı məlumatı aşağıda oxuya bilərsiniz.

Veb saytımızda interaktiv mini-proqramlar olan interfeys elementləri icra olunur ki, onlar başqa şirkətdən xüsusi xidmətləri (xəbərlər, rəylər, musiqi və s. göstərilməsi kimi) təmin etməyimizə imkan verir. Şəxsi məlumatlarınız, məsələn e-poçt ünvanınız, interfeys elementi vasitəsilə toplana bilər. Kukilər həmçinin interfeys elementi tərəfidən onun düzgün işləməsinə imkan yaratmaq üçün də quraşdırıla bilər. Bu interfeys elementi tərəfindən toplanan məlumatlara onu yaradan şirkətin məxfilik siyasətinə əsasən nəzarət olunur. İnterfeys elementimiz kontaktlarınıza e-poçt göndərməyə imkan yaradan kontaktların idxalı xüsusuiyyətinə malik ola bilər. Sizin sorğunuza əsasən, kontaktlarınızı veb saytımıza idxal etməyə imkan yaratmaq üçün e-poçt ünvanı kitabçanızda axtarış edə bilərik.

Kukilər nədir?

Kuki termini Xidmətlərimizdən yararlanmaq üçün istifadə etdiyiniz kompüter, planşet və ya mobil telefon kimi cihazdakı məlumatı saxlayan və bu məlumatlara daxil olan bütün texnologiyalara deyilir. Məsələn, istifadə etdiyimiz kiçik data fayllar olan HTTP kukiləri (səciyyəvi olaraq, hərf və rəqəmlərdən ibarətdir) Xidmətlərimizə daxil olduğunuz zaman yüklənir və cihazınızı tanımağa imkan yaradır. Biz həmçinin tətbiqlərimizdə quraşdırılmış piksel teqləri və proqram təminatı dəstləri kimi texnologiyalardan da istifadə edirik (əlavə məlumat).

Kukilərin müxtəlif növləri mövcuddur, məsələn:

  • Birbaşa Cisco tərəfindən təmin edilən kukilər ("birinci tərəf kukiləri") və sizin adınızdan təmin edilən kukilər, məsələn, reklamçılar və məlumat analitika şirkətləri tərəfindən ("üçüncü tərəf kukiləri")
  • Müxtəlif müddətə qüvvədə qalan kukilər, o cümlədən, sadəcə baxış proqramı açıq olduqda qüvvədə qalan kukilər ("seans kukiləri" deyilir) Bunlar baxış proqramı bağlanan kimi avtomatik silinir. Digər kukilər "daimi kukilərdir", yəni brauzeriniz bağlandıqdan sonra da onlar qalacaq. Məsələn, onlar baxış proqramınızı açdığınız və İnternetə yenidən baxdığınız zaman cihazınızı tanıyır.

Hansı kukiləri və nə üçün istifadə edirik?

Aşağıdakı cədvəl Xidmətlərimizin istifadə etdiyi müxtəlif kuki kateqoriyalarını və onları nə üçün istifadə etdiyimizi müəyyən edir.

Kukinin növü Nə üçün bu kukiləri istifadə edirik Onlara kim xidmət göstərir və onlar haqqında daha çox məlumatı harada əldə etmək mümkündür?
Əsllik Yoxlanılması Kukiləri Kukilər (lokal yaddaş və bənzər texnologiyalar daxil olmaqla) bizə nə vaxt daxil olduğunuzu bildirir, beləliklə, biz hesab məlumatları, səyahət tarixçəsi kimi və hesab parametrlərinizi redaktə edilməsi üçün müvafiq təcrübə və xüsusiyyətləri göstərə bilirik. Cisco
Təhlükəsizlik və sayt bütövlüyü kukiləri Bu kukilər Cisco'nun təhlükəsizliyini təmin etməyə kömək etmək üçün təhlükəsizlik xüsusiyyətlərini dəstəkləmək və ya aktivləşdirmək üçün istifadə edilir. Məsələn, onlar bizə Xidmətlərin təhlükəsiz sahələrinə nə vaxt daxil olduğunuzu yadda saxlamağa və sizdən başqa şəxsin hesabınıza daxil olmasına mane olmağa imkan verir. Cisco
Reklam Kukilər və piksellər kimi elementlər reklamları anlamaq və çatdırmaq və onları sizə uyğunlaşdırmaq və mobil proqram reklam kampaniyalarının səmərəliliyini izləmək üçün istifadə edilir.
Məsələn, biz kukini oxuyaraq digər vebsaytlarda sizin üçün maraqlı ola biləcək reklamları təqdim edə bilirik. Biz həmçinin, bu məlumatları hədəf istifadəçi kütləsi üçün təqdim olunacaq reklamları yenidən müəyyən etmək üçün istifadə edirik. Eynilə, partnyorlarımız reklamın yerləşdirildiyi, onun necə təqdim edildiyini müəyyən etmək və ya bizə onlara qarşı hansı cavab reaksiyasını göstərdiyinizə dair məlumat təmin etmək üçün kuki, əlaqələndirmə xidməti və ya digər oxşar texnologiyadan istifadə edə bilər. Bu, lokal cihazınızda kukilərin saxlanmasını əhatə edə bilər.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Adelphic
  • Adjust
  • AdRoll (Facebook)
  • AdSage
  • AOL
  • CareerCo
  • Digilant
  • Drawbridge
  • Facebook
  • Google
  • HasOffers (Tune)
  • Indeed
  • Kenshoo
  • Microsoft
  • Mixpanel
  • Quantcast
  • Recruitics
  • RocketFuel
  • Simplyhired
  • Twitter
  • Yahoo
  • YieldMo
  • Ziprecruiter

Maraqlara əsaslanan reklamlala bağlı ətraflı məlumat üçün və ya davranışa əsaslanan reklam məqsədilə veb baxış məlumatlarınızın istifadə edilməsindən imtina etmək üçün bu ünvana daxil olun: ABŞ-dasınızsa www.aboutads.info/choices, ABŞ-dan kənardasınızsa http://youronlinechoices.eu/.

Lokallaşdırma Bu, Cisco'ya lokallaşdırılmış təcrübə təmin etməyə kömək edir. Məsələn, biz məlumatları baxış proqramınızda və ya cihazda yerləşdirilmiş kukidə saxlaya bilərik və nəticədə siz sayta istədiyiniz dildə baxa bilərsiniz. Cisco
Sayt xüsusiyyətləri və Xidmətlər Bu, bizə məhsullar və Xidmətlər çatdırmağa kömək edən funksionallıq təqdim edir.
Məsələn, kukilər sizə sahələri öncədən doldurmaqla daxil olmağa kömək edir. Həmçinin, kikukilər və bənzər texnologiyaları sizi və digərlərini sosial qoşmalar və digər fərdiləşdirilmiş kontent və təcrübələr (məsələn, sizə və başqalarına təkliflər etmək) ilə təmin etmək üçün istifadə edə bilərik.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Facebook
  • Google+
  • Twitter
Analitika və tədqiqat Bunlar kompüter və ya mobil cihazdan Cisco vebsaytı və müvafiq vebsaytlar və proqramlara daxil olduğunuz zaman daxil olmaqla, məhsulları və Xidmətləri anlamaq, təkmilləşdirmək və tədqiq etmək üçün istifadə edilir.
Məsələn, kukilər sayt xüsusiyyətlərini necə istifadə etdiyiniz və xüsusiyyət yoxlaması üçün hədəf kütlələri necə seqmentləşdirdiyinizi anlamaq üçün istifadə edilə bilər. Biz və partnyorlarımız bu texnologiyaları və qəbul etdiyimiz məlumatları vebsaytları, proqramları, məhsulları, xidmətləri və reklamları necə istifadə etdiyinizi anlamaq və yaxşılaşdırmaq üçün istifadə edə bilərik. Bu analizlə bağlı məlumatlar partnyorlarımız ilə paylaşıla bilər.

Cisco [və üçüncü tərəflər daxil olmaqla]

  • Google
  • MixPanel
  • Optimizely


Kuki seçimlərinizi necə istifadə edə bilərsiniz?

Kukiləri qəbul edib-etməməyi seçmək hüququna sahibsiniz. Lakin, onlar Xidmətlərimizin necə işləməsinin mühüm hissəsidir, buna görə də bilməlisiniz ki, kukilərdən imtina etməyi və ya onları silməyi seçsəniz, bu, Xidmətlərin əlçatanlığına və funksionallığına təsir edə bilər.

Əksər veb baxış proqramları kukiləri standart olaraq qəbul etməyə təyin edilib. İstəsəniz, bir qayda olaraq baxış proqramızı kukiləri silməyə və ya rədd etməyə təyin edə bilərsiniz. Bunun üçün zəhmət olmasa, baxış proqramınızın təmin etdiyi və adətən "Kömək", "Alətlər" və ya "Redaktə et" bölməsində yerlədirilmiş təlimatlara əməl edin. Bəzi üçüncü tərəflər həmçinin seçimin ləğv evilməsi keçidinə birbaşa klikləməklə onların kukilərindən imtina etmək imkanı verir və bunun mümkün olduğu yerlər yuxarıdakı cədvəldə göstərilmişdir.

Baxış proqramı kukilərinin silinməsi və ya rədd edilməsi heç də həmişə Xidmətlərimiz ilə bağlı olaraq istifadə edilən üçüncü tərəf fleş kukilərinə təsir etmir. Fleş kukilərini silmək və ya qeyri-aktiv etməyə dair ətraflı məlumat üçün http://helpx.adobe.com/flash-player/kb/disable-local-shared-objects-flash.html ünvanına baş çəkin.

Daha çox məlumatı haradan əldə etmək mümkündür?

Kukilər, o cümlədən, cihazınızda hansı kukilərin quraşdırıldığı və onları necə idarə etmək və silmək barədə ətraflı məlumat üçün www.allaboutcookies.orgwww.youronlinechoices.eu ünvanına baş çəkin.

"İzləməyin" funksiyası

Bəzi veb baxış proqramları daxil olduğunuz vebsaytlara onlayn fəaliyyətlərinizin izlənilməsini istəmədiyinizi bildirən siqnallar göndərən "izləməyin" xüsusiyyətini aktivləşdirmək imkanı verə bilər. Bu kukilərin bloklanması və ya silinməsindən fərqlidir, çünki "izləməyin" xüsusiyyəti aktivləşdirilmiş baxış proqramları yenə də kukilər qəbul edə bilər. Hal-hazırda şirkətlərin "izləməyin" siqnallarına necə cavab verməli olduğu ilə bağlı sənaye standartı mövcud deyil, lakin gələcəkdə belə bir standart yaradıla bilər. Hal-hazırda biz "izləməyin" siqnllarına cavab vermirik. Əgər gələcəkdə bunu etsək, bunun qaydası Məxfilik Bildirişində təsvir ediləcək. "İzləməyin" haqqında ətraflı məlumat əldə edin.

Bizimlə əlaqə

Kukilərdən istifadəmiz barədə sualınız varsa, bu ünvan vasitəsilə bizimlə əlaqə saxlayın: privacy@cisco.com.

Məxfilik Bildirişi